Gecə ta subhə kimi mələdim bilmədiniz heç!,
Ürəyin qanını gözdən ələdim bilmədiniz heç!,
Gün çıxan vaxtta yığışdız bir ağac kölgəsinə,
Uyduz əvvəldə ürəkdən qara bayquş səsinə,
Oyanan olmadı kimsə o ağac şeyhəsinə,
Nə yuxu, ləş-ləşin üstə kələdim bilmədiniz heç,
Qollarizdan yapışıb silkələdim bilmədiniz heç.

 

Baxdım dalısıca yar gedəndə,
Bir yolda dedim baxar gedəndə,
Baxdı qapıdan keçəndə güldü,
Bilməzdi ürək umar gedəndə,
Bağlandı dilim ürəkdən amma,
Az qaldı çəkim havar gedəndə!,
Səndən sonra eşqi neynəyirən mən!,
Al eşqinidə apar gedəndə.

h.cəfəri

گئجه تا صوبحه كیمی ملدیم بیلمدینیز هئچ!،

اوریین قانینی گؤزدن الدیم بیلمدینیز هئچ!،

گون چیخان واختتا ییغیشدیز بیر آغاج كؤلگه‌سینه،

اویدوز اولده اورك‌دن قارا بایقوش سسینه،

اویانان اولمادی كیمسه او آغاج شئیهه‌سینه،

نه یوخو، لش-لشین اوسته كلدیم بیلمدینیز هئچ،

قوللاریزدان یاپیشیب سیلكلدیم بیلمدینیز هئچ.

 

باخدیم دالی‌سیجا یار گئدنده،

بیر یولدا دئدیم باخار گئدنده،

باخدی قاپی‌دان كئچنده گولدو،

بیلمزدی اورك اومار گئدنده،

باغلاندی دیلیم اورك‌دن اما،

آز قالدی چكیم هاوار گئدنده!،

سن‌دن سونرا عشقی نئینییرن من!،

آل عشقینیده آپار گئدنده.

ه.جعفری