Xəyalın göylərdən torpağa ənib,
bəlkə də taleyin guləcək sənin.
Nifrətim bir yazıpozana dönub,
adını qəlbimdən siləcək sənin.
Urəkdə bir kövrək xatirə izi,
axır ki, mənzilin sonuna gəldik.
Biz duyun salmışdıq taleyimizi,
yaxşı ki, vaxtında açıla bildik.
Yamanca itirdik gunlərimizi,
əh, daha itirmək qorxusu yoxdur.
Kuləklər sovurdu ğullərimizi,
yolunmuş leçəyin qoxusu yoxdur.
Gecəni gunduzə qatıb gedirdik,
bu da ömrumuze bir yazı imiş.
Umid ışıgını tutub gedirdik,
çatanda görduk ki, qurd gözu imiş.
Gunləri incitək salib itirdik,
nə qədər axtardıq tapa bilmədik.
Bir çevrə xəttini tutub gedirdik,
ha getdik, sonuna çata bilmədik.
Urəkdə bir kövrək xatirə izi,
axır ki, mənzilin sonuna gəldik.
Biz duyun salmışdıq taleyimizi,
yaxşı ki, vaxtında açila bıldık.
Ayrılıb gedirsən… Dolur
özlərin,
sonuncu nidatək qirilir səsin.
mənim izlərimlə duyun duşməsin…
qəmini udmuşam hər nəfəsimdə
bitib hər istəyim hər həvəsim də
könlumun sızlayan kaman səsində
son vida qəmini çaldi ayrılıq
nüsrət kəsəmənli
خیالین گؤیلردن تورپاغا انیب،
بلكه ده تالئیین گولهجك سنین.
نیفرتیم بیر یازیپوزانا دؤنوب،
آدینی قلبیمدن سیلهجك سنین.
اوركده بیر كؤورك خاطره ایزی،
آخیر كی، منزیلین سونونا گلدیك.
بیز دویون سالمیشدیق تالئییمیزی،
یاخشی كی، واختیندا آچیلا بیلدیك.
یامانجا ایتیردیك گونلریمیزی،
اه، داها ایتیرمك قورخوسو یوخدور.
كولكلر سوووردو غوللریمیزی،
یولونموش لئچیین قوخوسو یوخدور.
گئجنی گوندوزه قاتیب گئدیردیك،
بو دا اؤمروموزئ بیر یازی ایمیش.
اومید ایشیگینی توتوب گئدیردیك،
چاتاندا گؤردوك كی، قورد گؤزو ایمیش.
گونلری اینجیتك سالیب ایتیردیك،
نه قدر آختاردیق تاپا بیلمدیك.
بیر چئوره ختتینی توتوب گئدیردیك،
ها گئتدیك، سونونا چاتا بیلمدیك.
اوركده بیر كؤورك خاطره ایزی،
آخیر كی، منزیلین سونونا گلدیك.
بیز دویون سالمیشدیق تالئییمیزی،
یاخشی كی، واختیندا آچیلا بیلدیك.
آیریلیب گئدیرسن… دولور
اؤزلرین،
سونونجو نیداتك قیریلیر سسین.
باری بوندان بئله سنین ایزلرین
منیم ایزلریمله دویون دوشمسین…
قمینی اودموشام هر نفسیمده
بیتیب هر ایستییم هر هوسیم ده
كؤنلومون سیزلایان كامان سسینده
سون ویدا قمینی چالدی آیریلیق
نصرت كسمنلی