yandır məktublarımı
hər sətir ostündə titrəiyb əlim
sətirlər qəlbimdən od alıbdılar
mən sənə bir dəfə aldandım , gülüm
məktublar ömürlük aldanıbdılar
məni xatirlama ,
özgə ol , yad ol
oyuncaq olmasın məktublar barı .
ömründə bircəyol
alicənab ol ,
yandır xatirəmi o məktubları . . .
orda orəyimin harayı , ahı
qəlbimin otancaq sevdası yatır .
orda vuqarımın sınma günahı
küvrək bir nəğmənin sədası yatır .
dağılar şöhrətin dumanı , çəni
udar bir ac balığ inci tək səni
yazdığım sətirlər ac tüxüm kimi
bir gün göz yaşını ıçəcək sənin
məktublar içində , nəyim , nələrim . . .
alovlu sətirlər gizli qəm kimi
yandır məktubları . . .
xatirələrim
yansın ,
külə dünsün qoy kərəm kimi
sənə omıd dülü dikilən gözlər
yenə xatirədə dünüb qalandır
əlım əsə ـ əsə yazdığım sözlər
o zaman düz ıdı ,
ındı yalandır . . .
həyatın özündə sınadım səni
demə bahardım ,
indisə qışam
yaxşı ki sunradan tanıdım səni ,
yaxşıki ömürlük aldanmamışam…
n.kəsəmənli
هر سطیر اوستونده تیترهییب الیم
سطیرلر قلبیمدن اود آلیبدیلار
من سنه بیر دفعه آلداندیم، گولوم
مكتوبلار عؤمورلوك آلدانیبدیلار
منی خاطیر لاما،
اوزگه اول، یاد اول
اویونجاق اولماسین مكتوبلار باری.
عؤمرونده بیرجه یول
عالیجناب اول،
یاندیر خاطیرهمی ـ او مكتوبلاری...
اوردا اورهییمین هارایی، آهی
قلبیمین اوتانجاق سئوداسی یاتیر.
اوردا ووقاریمین سینما گوناهی
كوورهك بیر نغمهنین صداسی یاتیر.
داغیلار شؤهرتین دومانی، چنی
اودار بیر آج بالیغ اینجی تك سنی
یازدیغیم سطیرلر آج توخوم كیمی
بیر گون گوز یاشینی ایچهجك سنین
مكتوبلار ایچینده، نهییم،نهلریم...
آلوولو سطیرلر گیزلی غم كیمی
یاندیر مكتوبلاری...
خاطیرهلریم
یانسین،
كوله دونسون قوی كرم كیمی
سنه اومید دولو دیكیلن گؤزلر
یئنه خاطیرهده دونوب قالاندیر
الیم اسه ـ اسه یازدیغیم سؤزلر
او زامان دوز ایدی،
ایندی یالاندیر...
حیاتین اؤزونده سینادیم سنی
دئمه باهاردیم،
ایندیسه قیشام
یاخشی كی سونرادان تانیدیم سنی،
یاخشی كی عؤمورلوك آلدانمامیشام...