یکشنبه 2 مرداد 1390ده گؤنده ریلیب
بؤلوم | نصرت كسمنلیNÜSRƏT KƏSƏMƏNLİ       یازار :  ARAZ

gözlərin

çəkir varlığımı dara gözlərin

aparır ruhumu hara gözlərin

qara bir məhbsdir qara gözlərin

burax gözlərinin həbsindən məni .  .  .

 

yandırıb yaxmaqda öd qüdrti var ,

təkcə mən bilirm nə hiddəti var ,

,  axı cəzanın da bir müddəti var ,

burax gözlərinin həbsindən məni .  .  .

 

qaldım cazibə nədə bihüş kimi yəm

mərhəmət gözlə yən baxış kimi yəm

qəfsə salınmış bir qüş kimi yəm

burax gözlərinin həbsindən məni .  .  .

 

günüm elə səndən şıkayt ölüb ,

bu sevgi bir dastan  , hekayt ölüb

məhəbbət nə vaxt dan cınayt ölüb

burax gözlərinin həbsindən məni .  .  .

 

zındana könüllü saldım özümi

eybi yox ,  payıza döndər yazımı

mən günah işlədim artır cəzamı

saxla güzlərinin həbsində məni .  .  .

 

nəsrt kəsmənli

گوزلرین

چكیر وارلیغیمی دارا گؤزلرین
آپاریر روحومو هارا گؤزلرین
قارا بیر محبس دیر قارا گؤزلرین
بوراخ گؤزلرینین حبسیندن منی...

یاندیریب یاخماقدا اؤد قودرتی وار،
تكجه من بیلیرم نه حیددتی وار،
، آخی جزانین دا بیر مدتی وار،
بوراخ گؤزلرینین حبسیندن منی...

قالدیم جاذیبه نده بیهوش كیمی یم
مرحمت گؤزله ین باخیش كیمی یم
قفسه سالینمیش بیر قوش كیمی یم
بوراخ گؤزلرینین حبسیندن منی...

گونوم ائله سندن شیكایت اؤلوب،
بو سئوگی بیر داستان ،حئكایت اؤلوب
محبت نه واخت دان جینایت اؤلوب
بوراخ گؤزلرینین حبسیندن منی...

زیندانا كؤنوللو سالدیم اؤزومی
عیبی یوخ، پاییزا دؤندریازیمی
من گوناه ایشله دیم آرتیر جزامی
ساخلا گوزلرینین حبسینده منی...

نصرت كسمنلی