ınanma əzizim . . .
ınanma buna
desələr onuda ıylən gürdük
dünən dediyini bu gün danırdı
desələr yaxşıca dərsini verdik
gülüb ozümüzə , yaltaqlanırdı
ınanma əzizim . . .
ınanma buna .
bir sınmış ağacın önündə çüküb
desələr budağı bağlayırdı o
bir sülmüş çiçə yi min dəfə opub
lap oşaqdan bətr ağlayırdı o
sən ınan əzizim ,
sən ınan buna .
birinin haqqını aldılar əldən
desələr daş kimi süsüb baxırdı
heykələ dönmüşdü durduğu yerdə
səsini içinə qisib baxırdı
ınanma əzizim ,
ınanma buna .
desələr qırdılar qol - qanadını
çiynindən tazadan qanadlar bitdi
dilənçiyə verdi son manatını
desə lər evinə piyada getdi
sən ınan əzizim ,
sən ınan buna .
desələr birinin üzünə gülüb ,
sonra arxasınca danışırdı o
desələr ömrünü min yerə bülüb
başı gürüşlərə qarışdı , onun
ınanma əzizim ,
ınanma buna .
desə lər onutmur o ilk eşqini ,
ostündə gül kimi bitir məzarın ,
sankı ilk gürüşə getdiyi kimi
hər gün gürüşünə gedir məzarın ,
sən ınan əzizim ,
sən ınan buna .
desə lər dəfn etdik dünən biz onu
o da hamı kimi yaşadı , oldu
bilməzdik bu qədər yaxınmış yolu
qayıdıb dünyaya tazadan gəldi
sən ınan əzizim ,
sən ınan buna !
yazan: nüsrət kəsəmənli
اینانما عزیزیم...
اینانما بونا
دئسه لر اونو دا اییلن گوردوك
دونن دئدییینی بو گون دانیردی
دئسه لر یاخشیجا درسینی وئردیك
گولوب اوزوموزه، یالتاقلانیردی
اینانما عزیزیم...
اینانما بونا.
بیر سینمیش آغاجین اونونده چوكوب
دئسه لر بوداغی باغلاییردی او
بیر سولموش چیچه یی مین دفعه اوپوب
لاپ اوشاقدان بتر آغلاییردی او
سن اینان عزیزیم،
سن اینان بونا.
بیرینین حاققینی آلدیلار الدن
دئسه لر داش كیمی سوسوب باخیردی
هئیكله دونموشدو دوردوغو یئرده
سسینی ایچینه قیسیب باخیردی
اینانما عزیزیم،
اینانما بونا.
دئسه لر قیردیلار قول- قانادینی
چیینینده ن تازادان قانادلار بیتدی
دیلنچییه وئردی سون ماناتینی
دئسه لر ائوینه پیادا گئتدی
سن اینان عزیزیم،
سن اینان بونا.
دئسه لر بیرینین اوزونه گولوب،
سونرا آرخاسینجا دانیشیردی او
دئسه لر عومرونو مین یئره بولوب
باشی گوروشلره قاریشدی، اونون
اینانما عزیزیم،
اینانما بونا.
دئسه لر اونوتمور او ایلك عشقینی،
اوستونده گول كیمی بیتیر مزارین،
سانكی ایلك گوروشه گئتدییی كیمی
هر گون گوروشونه گئدیر مزارین،
سن اینان عزیزیم،
سن اینان بونا.
دئسه لر دفن ائتدیك دونن بیز اونو
او دا هامی كیمی یاشادی، اولدو
بیلمزدیك بو قدر یاخینمیش یولو
قاییدیب دونیایا تازادان گلدی
سن اینان عزیزیم،
سن اینان بونا!
یازان: نصرت كسمنلی