چهارشنبه 19 مرداد 1390ده گؤنده ریلیب
بؤلوم | نصرت كسمنلیNÜSRƏT KƏSƏMƏNLİ       یازار :  ARAZ

ömürdən bir gün də .  .  .

ömürdən bir gündə keçdi ,  beləhcə ,

yarı yüxülüdür ,

yarı oyaq‌dır .

duyğular qoynunda ötən hər gecə

kiminsə ömrünə qayıda‌caq‌dır .

 

ömürdən bir gündə keçdi ,  beləhcə ;

bir gün de gechə‌də pül kimi ıtdı .

peşıman bir gözl qayıtsın necə ,

özünü bir qələbdə öldürüb getdi .  .

.

ömürdən bir gündə keçdi ,  beləhcə ,

duman‌lar içində yüxüdü bəlkə .

kimsə bu günümə bəlkə gülh‌ck ,

kimse yazdığımı oxudu getdi .  .  .

 

ömürdən bir gündə keçdi ,  beləhcə ,

getdi .  .  .

bir omidə guman azaldı .

bir xəstə bildi ki ,  mütlq ölh‌ck ,

demhə‌li ,  məczəomanazaldı .

 

ömürdən bir gündə keçdi ,  beləhcə ,

qəbrıstan yoluna təzə ız düşdü .

bir ana bətni‌nin qaranlığın‌dan

çarpayı ostünə bir gündüz düşdü .

 

ömürdən bir gündə keçdi ,  beləhcə ,

yaş bir balıq kimi sürüşür günə‌lər ,

axan olduzlarla ağlayır gecə ,

doğan günəşiylə gülüşür gün‌lər .

 

ömürdən bir gündə keçdi ,  beləhcə ,  ;

bir kəl boynuzuna görən nə düldü ?  !

birini sukkanda haxladı əcəl ,

bir bağa çanağı kül qabı oldu .

 

ömürdən bir gündə keçdi ,  beləhcə ,

ömür kitabında vərəq‌lər ağdı ,

qapqara kölgəm‌dən bezib bu küçə ,

kölgəmi səkki‌lər apara‌caqdı .  .  .

 

ömürdən bir gündə keçdi ,  beləhcə ,

səhəri günəş‌li ,

axşamı qurub .

ömürdən bir gündə keçdi ,  beləh‌cə ,

görh‌sn qarşıda hansı gün dürüb ?  !

 

nəsrt kəsmənli

 

عؤموردن بیر گون ده...

عؤموردن بیر گونده كئچدی، بئله‌جه،

یاری یوخولودور،

یاری اویاق‌دیر.

دویغولار قوینوندا اؤتن هر گئجه

كیمینسه عؤمرونه قاییدا‌جاق‌دیر.

 

عؤموردن بیر گونده كئچدی، بئله‌جه؛

بیر گون دئ گئجه‌ده پول كیمی ایتدی.

پئشیمان بیر گؤزل قاییتسین نئجه،

اؤزونو بیر قلبده اؤلدوروب گئتدی..

.

عؤموردن بیر گونده كئچدی، بئله‌جه،

دومان‌لار ایچینده یوخودو بلكه.

كیمسه بو گونومه بلكه گوله‌جك،

كیمسئ یازدیغیمی اوخودو گئتدی...

 

عؤموردن بیر گونده كئچدی، بئله‌جه،

گئتدی...

بیر اومیده گومان آزالدی.

بیر خسته بیلدی كی، موتلق اؤله‌جك،

دئمه‌لی، معجزه اومان آزالدی.

 

عؤموردن بیر گونده كئچدی، بئله‌جه،

قبریستان یولونا تزه ایز دوشدو.

بیر آنا بتنی‌نین قارانلیغین‌دان

چارپایی اوستونه بیر گوندوز دوشدو.

 

عؤموردن بیر گونده كئچدی، بئله‌جه،

یاش بیر بالیق كیمی سوروشور گون‌لر،

آخان اولدوزلارلا آغلاییر گئجه،

دوغان گونشیله گولوشور گون‌لر.

 

عؤموردن بیر گونده كئچدی، بئله‌جه،؛

بیر كل بوینوزونا گؤرن نه دولدو؟!

بیرینی سوكاندا حاقلادی اجل،

بیر باغا چاناغی كول قابی اولدو.

 

عؤموردن بیر گونده كئچدی، بئله‌جه،

اؤمور كیتابیندا ورق‌لر آغدی،

قاپقارا كؤلگم‌دن بئزیب بو كوچه،

كؤلگمی سكی‌لر آپارا‌جاقدی...

 

عؤموردن بیر گونده كئچدی، بئله‌جه،

سحری گونئش‌لی،

آخشامی قوروب.

عؤموردن بیر گونده كئچدی، بئله‌جه،

گؤره‌سن قارشیدا هانسی گون دوروب؟!

 

نصرت كسمنلی