adını qəlbimdən , siləcək sənin
xəyalın göylərdən torpağa ənıb
bəlkə də taleyin güləcək sənin
nifrətim bir yazı puzana dönüb
adını qəlbimdən siləcək sənin
yamanca itirdik , günlərimizi
ah , daha itirmək , qorxusu yoxdu
kuləklər yolurdu , güllərimizi
yolunmuş ləçəyin , qürxüsü yüxdü
günləri , inci tək , salıb itirdik
nə qədər axtardıq , tapa bilmədik
bir çevrə xəttini tütüb gedirdik
ha getdik sonuna çata bimə dik
gecəni gündüzə qatıb gedirdik
buda ömrümüzə , bir yazıymiş
ümid ay ışığını , tütüb gətirdik
çatanda gördük ki , qürd guzuymuş
ürəkdə bir köyrək xatirə ızı
axır ki mənzilin sununa gəldik
biz düyün salmışdıq taleymizi
yaxşı ki vaxtında açıla bildik
ayrılıb gedirsən dolur gözlərin
sününcü nida tək qirilir səsin
barıbundan belə , sənin ızlərın
mənim izlərimə düyün düşmə sin
nüsrət kəsəmənli
آدینی قلبیمدن ، سیله جك سنین
خیالین گؤیلردن تورپاغا انیب
بلكه ده طالعین گوله جك سنین
نفرتیم بیر یازی پوزانا دؤنوب
آدینی قلبیمدن سیله جك سنین
یامانجا ایتیردیك ، گونلریمیزی
اه ، داها ایتیرمك ، قورخوسو یوخدو
كولك لر یولوردو ، گوللریمیزی
یولونموش لچه یین ، قورخوسو یوخدو
گونلری ، اینجی تك ، سالیب ایتیردیك
نه قدر آختاردیق ، تاپا بیلمه دیك
بیر چئوره خطینی توتوب گئدیردیك
ها گئتدیك سونونا چاتا بیمه دیك
گئجه نی گوندوزه قاتیب گئدیردیك
بودا عومروموزه ، بیر یازی ایمیش
اومید آی ایشیغینی ، توتوب گئدیردیك
چاتاندا گؤردوك كی ، قورد گوزوایمیش
اوركده بیر كؤیره ك خاطیره ایزی
آخیر كی منزیلین سونونا گلدیك
بیز دویون سالمیشدیق طالعیمیزی
یاخشی كی واختیندا آچیلا بیلدیك
آیریلیب گئدیرسن دولور گوزلرین
سونونجو ندا تك قیریلیر سسین
باری بوندان بئله ، سنین ایزلرین
منیم ایزلریمه دویون دوشمه سین
نصرت كسمنلی