allaha şıkayət
ömrüm gedər gəlməz yoldu
acısıda mənə baldı
ətəyində əlım qaldı
məni görəmdin allahım
. . .
ömür verdin ölmək üçün
kədər verdin bölmək üçün
könül verdin sevmək üçün
sevgi vermədin allahım
. . .
çox atdılar söz daşını
hərks qürüyür başını
axıtdılar göz yaşım
sən də silmə din allahım
. . .
mən tütdüm həqqin yolunu
haqqsızlar qırdı qolumu
səni sevən bir qulunu
niyə sevmədin allahım?
. . .
ömrüm həsrət qaldı yaza
sən yazanı de kim puza
ımkan verdin insafsıza
insaf vermədin allahım
. . .
ıllərımı sərt göndrdin
ağrılı həsrət göndərdin
çəkilməyən dərd göndrdin
dözüm vermə din allahım
nüsrət kəsəmənli
آللاها شیكایت
عؤمروم گئدر گلمز یولدو
آجیسی دا منه بالدی
اته یینده الیم قالدی
منی گؤرمدین الله هیم
...
عؤمور وئردین اؤلمه ك اوچون
كدر وئردین بؤلمه ك اوچون
كؤنول وئردین سئومه ك اوچون
سئوگی وئرمه دین الله هیم
...
چوخ آتدیلار سؤز داشینی
هركس قورویور باشینی
آخیتدیلار گؤز یاشیم
سن ده سیلمه دین الله هیم
...
من توتدوم حقین یولونو
حاقسیزلار قیردی قولومو
سنی سئوه ن بیر قولونو
نییه سئومدین الله هیم ؟
...
عؤمروم حسرت قالدی یارا
سن یازانی دئی كیم پوزا
ایمكان وئردین اینصاف سیزا
اینصاف وئرمه دین الله هیم
...
ایللریمی سرت گؤندردین
آغریلی حسرت گؤندردین
چكیلمه ین درد گؤندردین
دؤزوم وئرمه دین الله هیم
نصرت كسمنلی