Qurdoğlu qurd
Bir qurd oğlu qurdam mən
Qurdlara hənək(1) olmaz
Ovuma düz gedərəm
Qurdlarda kələk olmaz
...
Göyə üz tutub ular
Dağı lərzəyə salar
Qurd balası qurd olar
Qurdlardan köpək olmaz
...
Qurd insafdsan uzaxdı
Heç kim deməz yazıxdı
Tək qalsa yalquzaxdı
Kimsədən kömək unmaz
...
Döyüşü qurd döyöşü
Qanlıdır hər gəlişi
Gul çiçəklə nə işi
Qurddan kəpənək olmaz
...
Bir qurd oğlu qurdam mən
Qurdlara hənəkolmaz
Ovuma düz gedərəm
Qurdlarda kələk olmaz
...
Nüsrət kəsəmənli
Dekabır 1995
Hənək=şuxluq
قوردو اوغلو قورد
بیر قورد اوغلو قوردام من
قوردلارا هنك(1) اولماز
اوووما دوز گئده رم
قوردلاردا كلك اولماز
...
گؤیه اوز توتوب اولار
داغی لرزه یه سالار
قورد بالاسی قورد اولار
قوردلاردان كؤپك اولماز
...
قورد اینصافدسان اوزاخدی
هئچ كیم دئمه ز یازیخدی
تك قالسا یالقوزاخدی
كیمسه دن كؤمك اونماز
...
دؤیوشو قورد دؤیؤشو
قانلیدیر هر گلیشی
گول چیچكله نه ایشی
قورددان كپنك اولماز
...
بیر قورد اوغلو قوردام من
قوردلارا هنك اولماز
اوووما دوز گئدرم
قوردلاردا كلك اولماز
...
نوصرت كسمنلی
دئكابیر 1995
هنك : شوخلوق