دوشنبه 31 مرداد 1390ده گؤنده ریلیب
بؤلوم | میرزه علی اكبر صابیر MİRZƏƏLƏKBƏR       یازار :  ARAZ

ay can! ay can!



düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

xalqın canı qurtardı töhmətdən, ay can, ay can!....



qıl yaymayırdı əsla zalımların gözündən,

rüsvay idik cahanda məlunların sözündən,

ax, ax! nə yaxşı oldu, iş düşdü öz-özündən,

əlləşməmiş qutardıq zəhmətdən, ay can, ay can!....

düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....



badi-səba, apar ver, molla qəvama müjdə,

yazsın, de, lənkəranda molla səlama müjdə,

söylə, о da yetirsin cümlə əvama müjdə;

düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

munbərdə rəqsə gəlsin behcətdən, ay can, ay can!....



ərz et bəşarət ilə qafqaydakı vücudə:

jurnal, qəzet qapandı, durma, yıxıl sücudə,

hər nə bilirsən eylə qeybətdə, rübərüdə,

yazmaz dəxi yazanlar bidətdən, ay can, ay can!....

düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....



get qübbəyə səlam et molla hacı babayə,

söylə tutuldu cumlə jurnal, qəzet vəbayə,

mömün müridlər ilə dur qoş səda-sədayə,

ümmətlərin yığılsın hər kətdən, ay can, ay can!....

düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....



yatdı qəzet yazanlar, fursət dəxi sizindir,

qarşıda var orucluq, söhbət dəxi sizindir,

məsciddə mənbər üzrə lənət dəxi sizindir,

ayrılmayın ölüncə lənətdən, ay can, ay can!....

düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

mirzə ələkbər sabir

آی جان! آی جان!

دوشدو بوتون قزئتلر قییمتدن، آی جان، آی جان!....

خالقین جانی قورتاردی تؤهمتدن، آی جان، آی جان!....



قیل یایماییردی اصلا زالیملارین گؤزوندن،

روسوای ایدیك جاهاندا ملعونلارین سؤزوندن،

آخ، آخ! نه یاخشی اولدو، ایش دوشدو اؤز-اؤزوندن،

اللشمه میش قوتاردیق زحمتدن، آی جان، آی جان!....

دوشدو بوتون قزئتلر قییمتدن، آی جان، آی جان!....



بادی-صبا، آپار وئر، موللا قواما موژده،

یازسین، دئ، لعنكراندا موللا سلاما موژده،

سؤیله، او دا یئتیرسین جومله عواما موژده؛

دوشدو بوتون قزئتلر قییمتدن، آی جان، آی جان!....

مونبرده رقصه گلسین بئهجتدن، آی جان، آی جان!....



عرض ائت بشارت ایله قافقازداكی ووجوده

ژورنال، قزئت قاپاندی، دورما، ییخیل سوجوده،

هر نه بیلیرسن ائیله قئیبتده، روبروده،

یازماز دخی یازانلار بیدتدن، آی جان، آی جان!....

دوشدو بوتون قزئتلر قییمتدن، آی جان، آی جان!....



گئت قوببه یه سلام ائت موللا حاجی بابایه،

سؤیله توتولدو جومله ژورنال، قزئت وبایه،

مؤمون موریدلر ایله دور قوش صدا-صدایه،

اوممتلرین ییغیلسین هر كتدن، آی جان، آی جان!....

دوشدو بوتون قزئتلر قییمتدن، آی جان، آی جان!....



یاتدی قزئت یازانلار، فورصت دخی سیزیندیر،

قارشیدا وار اوروجلوق، صؤحبت دخی سیزیندیر،

مسجیدده منبر اوزره لعنت دخی سیزیندیر،

آیریلمایین اؤلونجه لعنتدن، آی جان، آی جان!....

دوشدو بوتون قزئتلر قییمتدن، آی جان، آی جان!....

میرزه علی اكبر سابیر