gözüm aydın
gözüm aydın , görürəm sevgili qardaşlarımı
basmışam bağrıma öz doğma qarındaşlarımı
açmışam qolları xəlqimə üzük həlqəsi tək
salmışam həlqəyə qimətli üzük qaşlarımı
fələyin çərxini sındırmışam əvvəl daşda
ətəyimdə hələ də saxlamışam daşlarımı
açmışam qərnmizin bağlı qalan yollarını
tapmışam yüz sənə qurbətdəki yoldaşlarımı
bu SÜLEYMANdi yanımda , gürəsən mən ınanım ?
gah açıp gah qıyram gözlərimi , qaşlarımı
yiğişin şənlik edək qərnmizin bayramdır
sil gözümdən bu yüz illdən bəri göz yaşlarımı
yüz yaşım olsada , olsun , yox üzümdə qırışım
cavanam , kim nə bilir gizlədirm yaşlarımı
qoçu qurbanlarımı kəsdi vətən oynaşımız
qanımı xeyrat edər kən yedi buzbaşlarımı
ana oynaşımı qeyrət gözü görsə kor olar
mən nə gözlə görə billəm vətən oynaşlarımı
gedəlim QAFQAZ oşaqlarını təclil edə lim
ŞƏHRIARım , dara saqqlarımı , saşlarımı
گوزوم آیدین
گوزوم آیدین، گورورم سوگلی قارداشلاریمی
باسمیشام باغریما ئوز دوغما قارینداشلاریمی
آچمیشام قوللاری خلقیمه اوزوك حلقه سی تك
سالمیشام حلقه یه قیمتلی اوزوك قاشلاریمی
فلكین چرخینی سیندیرمیشام اول داشدا
اته گیمده هله ده ساخلامیشام داشلاریمی
آچمیشام قرنمیزین باغلی قالان یوللارینی
تاپمیشام یوز سنه غربتده كی یولداشلاریمی
بو سلیمان دی یانیمدا، گوره سن من اینانیم؟
گاه آچیپ گاه قییرام گوزلریمی، قاشلاریمی
ییغیشین شنلیك ائده ك قرنمیزین بایرامدیر
سیل گوزیمدن بو یوز ایلدن بری گوز یاشلاریمی
یوز باشیم اولسادا، اولسون، یوخ اوزومده قیریشیم
جوانام، كیم نه بیلیر گیزله دیرم یاشلاریمی
قوچی قربانلاریمی كسدی وطن اویناشیمیز
قانیمی خیرات ائدر كن یدی بوزباشلاریمی
آنا اویناشیمی غیرت گوزی گورسه كور اولور
من نه گوزله گوره بیللم وطن اویناشلاریمی
گئده لیم قافقاز اوشاقلارینی تجلیل ائده لیم
شهریاریم، دارا ساققلاریمی، ساشلاریمی