gənc yazıçı şəhid fridun ibrahımıyə
ıl dönümün tutan yüxdü
yoxdur səni yada salan
qəbrin üstə göy ot bitdi
ey namurad yazıq cavan
asıldığın gündən bəri
matmlıdır göy gulustan
dulaşarkən şumal yeli
yurdun qızıl bayrağında
ellər ilə od yandırdın
babkılər ocağında .
lakın əfsus son ışıq tək
söndün həyat çırağında
nə ellərin məktəbində
kitabını açan oldu ,
nə yazdığın qızıl yazı
rəvac tapıb , dəstan oldu
lakın sanma bu əsirdə
hər şey bitib nısyan oldu
günün yeddi rəngi ərır
QIZIL ÜZƏN sularında
sənin ızın , kölgən qalmış
astaranın baharında .
faşızm hələ höküm sürür
qızıl odlar diyarında
məktəblərdə ana dilin
oxutduran osta yüxdü .
ordu - ordu uymaqlarda
əsır çüxdür , azad yüxdü
keçib çıraq , sönüb ocaq
xaraba çox , abad yüxdü
qaranlıqdır , tıkanlıqdır
həramılər püsqü qürüb
" BAĞ MEŞƏ " nin bağlarını
tüz basıbdır afət vurub
azadlıqın gəmisində
kaftar dürüb şeytan dürüb
dalğalanır fəzamızda
zındanların ınıltısı
eşidilir səhər axşam
radıyodan düşmən səsi
bir çox hərzə ot güyərib
qanad gərib yol ıblısı
getdim baba diyarına
gördüm bayquş fikrə dalıb
qəbrin üstə axşam çağı
payız günü , şəfq salıb
səndən yoldaş xatirə lər
dərin sizi canda qalıb
əzrayılə qilinc çəkim
yenə bir gün öləcəyəm
çıraq kimi ya bir axşam
ya bir səhər sönə cəyəm
bilirə m ki yer altında
tüz turpağa dönə cəyəm
bunla belə əminəm ki ,
nür zülməti boğacaqdır
ən nəhayt ofuqlərdən
qızıl günş doğacaqdır
daş nə qədə r bərk olsa da
ıstı süyüq oğacaqdır
həbib sahir
گنج یازیچی شهید فریدون ابراهیمی
ایل دؤنومون توتان یوخدو
یوخدور سنی یادا سالان
قبرین اوسته گؤی اوت بیتدی
ای ناموراد یازیق جاوان
آسیلدیغین گوندن بری
ماتملیدیر گؤی گولوستان
دولاشاركن شومال یئلی
یوردون قیزیل بایراغیندا
ائللر ایله اود یاندیردین
بابكیلر اوجاغیندا.
لاكین افسوس سون ایشیق تك
سؤندون حیات چیراغیندا...
نه ائللرین مكتبینده
كیتابینی آچان اولدو،
نه یازدیغین قیزیل یازی
رواج تاپیب، دستان اولدو
لاكین سانما بو عصیرده
هر شئی بیتیب نیسیان اولدو
گونون یئددی رنگی اریر
قیزیل اٶزه ن سولاریندا
سنین ایزین، كؤلگه ن قالمیش
آستارا`نین باهاریندا.
فاشیزم هله حؤكوم سورور
قیزیل اودلار دیاریندا...
مكتبلرده آنا دیلین
اوخوتدوران اوستا یوخدو.
اوردو – اوردو اویماقلاردا
اسیر چوخدور، آزاد یوخدو
كئچیب چیراق، سؤنوب اوجاق
خارابا چوخ، آباد یوخدو...
قارانلیقدیر ، تیكانلیقدیر
حرامی له ر پوسقو قوروب
"باغ مئشه" نین باغلارینی
توز باسیبدیر آفت ووروب
آزادلیقین گمیسینده
كافتار دوروب شئیطان دوروب
دالغالانیر فضامیزدا
زیندانلارین اینیلتیسی
ائشیدیلیر سحر آخشام
رادیودان دوشمن سسی
بیر چوخ هرزه اوت گویه ریب
قاناد گریب یول ایبلیسی
گئتدیم بابا دیارینا
گؤردوم بایقوش فیكره دالیب
قبرین اوسته آخشام چاغی
پاییز گونو، شفق سالیب
سندن یولداش خاطیره لر
درین سیزی جاندا قالیب
عزراییله قیلینج چكیم
یئنه بیر گون اؤله جه یه م
چیراق كیمی یا بیر آخشام
یا بیر سحر سؤنه جه یه م
بیلیره م كی یئر آلتیندا
توز تورپاغا دؤنه جه یه م
بونلا بئله امینم كی ،
نور ظولمتی بوغاجاقدیر
ان نهایت اوفوقلردن
قیزیل گونش دوغاجاقدیر
داش نه قده ر برك اولسا دا
ایستی سویوق اوغاجاقدیر
حبیب ساهیر