gözəl
qaranlıq gecədə , tufan quparkən ,
ıldırım tək nədən çaxmadın gözəl ?
buruğu dönərkən ayrılıq gönü
nə üçün arxana , baxmadın gözəl ?
uzun gecələr , ah…
səni gözlədim ,
səhər qüşlarilə səni səslədim
baxçamda nəstərən gülü bəslədim
dürü bulağ olub axmadın gözəl .
büründün ipəyə , bəzənədin gəlin
bulağa qirmizi ışığ ələdin
ay kimi gecə ni gündüz eylədin
bir tək çıraq evdə yaxmadın gözəl
dəftərimdə sənə naxışlar vürdüm
meşə lər içində alaçıq qürdüm
nədən bağımda ey qaragözlü « rüm»
saçlarına bir gül taxmadın gözəl ?
həbib sahir
گؤزه ل
قارانلیق گئجه ده ، توفان قوپاركن،
ایلدیریم تك ندن چاخمادین گؤزه ل؟
بورغو دؤنركن آیریلیق گؤنو
نه اوچون آرخانا، باخمادین گؤزه ل؟
اوزون گئجه لر، آه سنی گؤزله دیم،
سحر قوشلارىیله سنی سسله دیم
باخچامدا نسترن گولو بسله دیم
دورو بولاغ اولوب آخمادین گؤزه ل.
بوروندون ایپه یه، بزه ندین گلین
بولاغا قیرمیزی ایشیغ اله دین
آی كیمی گئجه نی گوندوز ائیله دین
بیر تك چیراق ائوده یاخمادین گؤزه ل
دفتریمده سنه ناقیشلار ووردوم
مئشه لر ایچینده آلاچیق قوردوم
ندن باغیمدا ائی قارا گؤزلو «روم»
ساچلارینا بیر گول تاخمادین گؤزه ل؟
حبیب ساهیر