Şum Tale
Toxucu usta olursamda ipim yox ipəyim
Yoxdu bir ponza inan
Yeddi dıyirmanda unum
Azmışam sisli keçidlərdə,
Budur
Qaş qaralır,
Məni udmaq həvəsilə ağız açmış uçurum.
Gecədir,
Qafilə yollandı qaranlıqda,
Aman!
Qoşulum yolculara,
Yoxsa yol üstündə durum?!
Bir qarış yer də sahibsiz deyil ey tanrı,
Denən:
Mən də yırtıq çadırı hansı cəhənnəmdə qurum?!
Hamı taleysiz olurmuş bu geniş aləmdə,
Yoxsa şairlərin ey tanrı olur taleyi şum?!
Həbib Sahir
شوم طالع
توخوجو اوستا اولورسامدا ایپیم یوخ ایپگیم
یوخدو بیر پونزا اینان
یئددی دیییرماندا اونوم
آزمیشام سیسلی كئچیدلرده،
بودور
قاش قارالیر،
منی اودماق هوه سیله آغیز آچمیش اوچوروم.
گئجه دیر،
قافیله یوللاندی قارانلیقدا،
آمان!
قوشولوم یولجولارا،
یوخسا یول اوستونده دوروم؟!
بیر قاریش یئر ده صاحیبسیز دئییل ائی تانری،
دئنن:
من ده ییرتیق چادیری هانسی جهننمده قوروم؟!
هامی طالعیسیز اولورموش بو گئنیش عالمده،
یوخسا شاعیرلرین ائی تانری اولور طالعیی شوم؟!
حبیب ساهیر