یکشنبه 2 مرداد 1390ده گؤنده ریلیب
بؤلوم | نصرت كسمنلیNÜSRƏT KƏSƏMƏNLİ       یازار :  ARAZ

ayrılıq

diyə sən yolumuz ayrıldı bizim

ürək o əvvəlki həvəs də deyil

ayrılıq oxuyur  , ındı hər sözün

dinlə sən sözüdə  ,  mən özüm deyim

yürğün  ,  yolçulara bənzədim nə qəm

yollar ayağımdan  ,  tütüb  ,  sürünür

mənzilim uzaqdır  ,  asta gedirəm

səninsə  ,  mənzilin daha görünür

üfüqda nə yaman qızardı belə

bəlkə məhəbbətin qurub çağıdir  ?

ömrümdən neçə ıl vermişm yelə

tale də bir yandan verib dağıdır  !

oçurdum göylərin yeddi qatında

axan olduzları  ,  göydə tütürdüm

hər gecə xıalın qanadlarında

günəşdə yatırdım  «  ay » da yatırdım

yox daha səbrimdə çatıb sahilə

getmə rəm mən  «  ay » ya olduza kimi

eşqimi bir dəniz atıb sahilə

ərıyır daş üstə  ,  meduaz kimi

adını qəlbimdən  ,  siləcək sənin

xıyalın göylərdən turpağa ənıb

bəlkə də taleyin güləcək sənin

nifrətim bir yazı puzana dönüb

adını qəlbimdən siləcək sənin

yamanca itirdik  ,  günlərimizi

hə  ,  daha itirmk  ,  qürxüsü yüxdü

külək lər yolurdu  ,  güllərimizi

yolunmuş ləçəyin  ,  qürxüsü yüxdü

günləri  ,  inci tək  ,  salıb itirdik

nə qədər axtardıq  ,  tapa bilmədik

bir çevrə xəttini tütüb gedirdik

ha getdik sununa çata bimə dik

gecə ni gündüzə qatıb gedirdik

buda ömrümüzə  ,  bir yazı imiş

ömid ay ışığını  ,  tütüb gedirdik

çatanda gördük ki  ,  qurd gözüymüş

ürəkdə bir köyrək xatirə ızı

axır ki mənzilin sununa gəldik

biz düyün salmışdıq taleymizi

yaxşı ki vaxtında açıla bildik

ayrılıb gedirsn dolur gözlərin

sününcü nidatək qirilir səsin

barıbundan belə  ,  sənin ızlərın

mənim izlərimə düyün düşmə sin

 

 

آیریلیق

دییه سن یولوموز آیریلدی بیزیم

اورك او اوول كی هوس ده دئییل

آیریلیق اوخویور ، ایندی هر سؤزون

دینله سن سؤزوده ، من اؤزوم دییم

یورغون ، یولچولارا بنزدیم نه غم

یوللار آیاغیمدان ، توتوب ، سورونور

منزیلیم اوزاقدیر ، آستا گئدیرم

سنین سه ، منزیلین داها گؤرونور

افق دا نه یامان قیزاردی بئله

بلكه محبتین غروب چاغی دیر ؟

عومرومدن نئچه ایل وئرمیشم یئله

طالع ده بیر یاندان وئریب داغیدیر !

اوچوردوم گؤیلرین یئددی قاتیندا

آخان اولدوزلاری ، گؤیده توتوردوم

هر گئجه خیالین قانادلاریندا

گونشده یاتیردیم « آی » دا یاتیردیم

یوخ داها صبریم ده چاتیب ساحیله

گئتمه رم من « آی » یا اولدوزا كیمی

عشقیمی بیر دنیز آتیب ساحیله

ارییر داش اوسته ، مئدواز كیمی

آدینی قلبیمدن ، سیله جك سنین

خیالین گؤیلردن تورپاغا انیب

بلكه ده طالعین گوله جك سنین

نفرتیم بیر یازی پوزانا دؤنوب

آدینی قلبیمدن سیله جك سنین

یامانجا ایتیردیك ، گونلریمیزی

اه ، داها ایتیرمك ، قورخوسو یوخدو

كولك لر یولوردو ، گوللریمیزی

یولونموش لچه یین ، قورخوسو یوخدو

گونلری ، اینجی تك ، سالیب ایتیردیك

نه قدر آختاردیق ، تاپا بیلمه دیك

بیر چئوره خطینی توتوب گئدیردیك

ها گئتدیك سونونا چاتا بیمه دیك

گئجه نی گوندوزه قاتیب گئدیردیك

بودا عومروموزه ، بیر یازی ایمیش

اومید آی ایشیغینی ، توتوب گئدیردیك

چاتاندا گؤردوك كی ، قورد گوزوایمیش

اوركده بیر كؤیره ك خاطیره ایزی

آخیر كی منزیلین سونونا گلدیك

بیز دویون سالمیشدیق طالعیمیزی

یاخشی كی واختیندا آچیلا بیلدیك

آیریلیب گئدیرسن دولور گوزلرین

سونونجو ندا تك قیریلیر سسین

باری بوندان بئله ، سنین ایزلرین

منیم ایزلریمه دویون دوشمه سین