Ağ atım
Ağ atım qolqanatım
at qədəmin yurtma yeri
aş təpələrdən
sıldırım tək sərələrdən
selə sınmış dərələrdən
bu nə dumandı gözəl kəhliyimi hstir ayırsın fərələrdən
qeyrətim cuşə gəlir qəmli xəbərdən
ağ atım qorma xətərdən
Ağ atım qolqanatım
Şihə çək qoy səsivə
Bəlkə yatanlarda oyansın
Yatmağın vaxti deyil dursun utansın
Yatanın ömrü talansın
Taza nə,lin var atım
Çal bu dağın sinəsinə qoy paralansın
Çal dağın sinəsi batsın , yaralansın
Daşıdaşdan aralansın
Ağ atım qolqanatım
Daş qayadan aşma çətindi
Qabağ üz yoqquşadı qaşma çətindi
Dağa dırmaşma çətindi
Daşa sovxaşma çətindi
Baxma yolları çətindi oranın heybəti yoxdur
Ağ atım himmət elə
Qeyrəti yoxdur
Hələ üz yoqquşalar çoxdu qabaxda
Aşmağ olmaz bu ayaxda
Ağ atım qolqanatım
Bəsdi ayax saxlama gün batdı qaraldı
Gün geçıb dağ dalına rəngi saraldı
Dağın üstün duman aldı
ağ atlım bəs bu nə haldı
bura yarqandı atım durma amandı
Ağ atım qolqanatım
At qədəm aydınlığa sari
Hörküşən ovlarılan , çıx sərə yollari yuxari
Qar qalan dağlara sal bir nəfəsin
Qoy ərisin buz kimi çiynindəki qari
Sulari axlara sal bəlkə suvarsın
Quru qalmış obalari
Qoy böyük göldə üzüşsünlə yaşıl baş sonalari
Ağ atım
Cəhd elə bari
Səny tari
Ağ atım qolqanatım
Təb,imin dəryası coşqundu
Yel əsdir ləpələnsin
Qoy çalım səxrələrə dalğamı dalğam səpələnsin
Qoy yağış tək quruyan dağlarınüstundə ələnsin
Hərzə otlari aparsın
Lala bitsin
Hamı güllər təzələnsin
Gülü bülbül yiyələnsin
Ağ atım qolqanatım
At qədəmin qə,eye babək dən aşax
Qara günlən savaşax
At gölündən səs atıb babəkin halın soruşax
Yenə tufanda coşax
Dəryalar tək qovuşax
Ağ atım qolqanatım
Şeyhə çək qoy səsivə
Hacərini tərkinə çəksin nəbi gəlsin
Qoy koroğli atını dağlara salsın
Eşidib şeyhəni gəlsin
əldə kəsgin qılıcıyla
Boyasın qanə keçəl həmzəni gəlsin
Qoy kərəm saazını salsın döşünə çöllərə düşsun
Hay səsi ellərə düşsun
Degilən qəmli kərəm istər əyər , əslini gəlsin
Düşmənin bəlkə kəsək nəslini gəlsin
Qoy bu dağlarda böyük həlhələ düşsün
Dağlara vəlvələ düşsün
Ağ atım qolqanatım
Mənə bir qalğı atamdan bu vərəndildi bunu çiynimə sallam
Qqaradağ başını allam
Ora bir vəlvələ sallam
Ağ atım durma yubansan dalı qallam
Ağ atım qolqanatım
Biz əyər qolleye simorğudan aşsax bizə azdı
Baxma yollar natarazdı
Baxma bu qarlı DƏMAVƏND , bu QAFQAZ , bu HARAZdi
Baxma dağda hava tutqundi dyazdı
Baxma bu qışdı bu tazdı
Ağ atım at qədəmin dərya dayazdı
Dəryanı geçsən əyər şəhri niyazdı
Orda hər qan ki töküldü yerə azadlığı yazdı
Bəşər azadlığa bazdı
Ağ atım qolqanatım
Orda dölbərçin otu dört pır açıbdı
Orda dillənməyə dil , tazə şirin dillər açıbdı
Orda bağlarda bütün güllər açıbdı
Ağ atım at qədəm aydınlığa sari
Şair cəfərli
آغ آتیم
آغ آتیم ، قول قاناتیم ،
آت قدمین یورتمه یئری !
آش تپه لردن
سیلدیریم تك سره لردن
سئله سینمیش دره لردن
بو نه طوفاندی گؤزل كهلیگیمی ایستیر آییرسین فره لردن
غیرتیم جوشه گلیر غملی خبردن
آغ آتیم – قورخما خطردن !
آغ آتیم قول ، قاناتیم ،
شیهه چك ، قوی سسیوه
بلكه یاتانلاردا اؤیانسین
یاتماغین واختی دگیل دورسون اوتانسین
یاتانین عؤمرو تالانسین
تازا نعلین وار آتیم
چال بو داغین سینه سینه ، قوی پارالانسین
چال داغین سینه سی باتسین ، یارالانسین
داشی داشدان ، آرالانسین
آغ آتیم قول قاناتیم
داش قایادان آشما چتیندی
قاباق اؤز یوققوشادی ، قاشما چتیندی
داغا دیرماشما چتیندی
داشا ، سووخاشما چتیندی
باخما یوللاری چتیندی ، اورانین هیبتی یوخدور
آغ آتیم همت ائله !
غیرتی یوخدور
هله اؤز یوققوشالار چوخدو قاباقدا
آشماق اولماز بو آیاقدا
آغ آتیم قول قاناتیم
بسدی ایاق ساخلاما ، گون باتدی قارالدی
گون گئچیب داغ دالینا رنگی سارالدی
داغین اوستون دومان آلدی
آغ آتیم ، بس بو نه حالدی؟
بورا یارقاندی آتیم دورما آماندی ....
آغ آتیم ، قول قاناتیم
آت قدم آیدینلیغا ساری
هؤركوشن اوولاریلان ؛ چیخ سره یاللاری یوخاری
قار قالان داغلارا سال بیر نفسین
قوی اریسین بوز كیمی چئگینینده كی قاری
سولاری آرخلارا سال بلكه سووارسین
قوری قالمیش اوبالاری
قوی بؤیوك گولده اؤزوشسونله یاشیل باش سونالاری
آغ آتیم
جهد ائله باری
سنی تاری !
آغ آتیم ، قول قاناتیم
طبعیمین دریاسی جوشقوندو
یئل اسدیر لپه لنسین
قوی چالیم صخره لره دالغامی ، دالغام سپه لنسین
قوی یاغیش تك قورویان
داغلارین اؤستونده اله نسین
هرزه اوتلاری آپارسین
لالا بیتسین
هامی گؤللر تزه لنسین
گؤلو بلبل یییه لنسین
آغ آتیم ، قول قاناتیم
آت قدمین قلعه ی بابكدن آشاق
قارا گؤنلن ساواشاق
آت گؤلوندن سس آتیب ، بابكین حالین سوروشاق
یئنه طوفاندا جوشاق
دریالار تك قوووشاق
آغ آتیم ، قول قاناتیم
شیهه چك قوی سسیوه
هاجرینی تركینه چكسین نبی گلسین
قوی كور اوغلو آتینی داغلارا سالسین
ائشیدیب شیهه نی گلسین
الده كسگین قیلیجیلا
بویاسین قانه كئچل حمزه نی گلسین
قوی كرم سازینی سالسین دؤشونه ، چؤللره دؤشسون
های سسی ائللره دؤشسون
دئگیلن غملی كرم ایستر اگر ، اصلینی گلسین
دشمنین بلكه كسك نسلینی ، گلسین
قوی بو داغلاردا بؤیوك هلهله دؤشسون
داغلارا ولوله دؤشسون !
آغ آتیم ، قول قاناتیم
منه بیر قالغی بابامدان ، بو ورندیلدی ، بونو چئگنیمه ساللام
قاراداغ باشینی آللام
اورا بیر ولوله ساللام
آغ آتیم دورما ، یوبانسان ، دالی قاللام
آغ آتیم ، قول قاناتیم
بیز اگر قلعه ی سیمرغدان آشساق بیزه آزدی
باخما یوللار ناتارازدی
باخما بو قارلی دماوند ، بو قفقاز بو هرازدی
باخما داغدا هاوا دوتقوندو – آیازدی
باخما بو قیشدی بو یازدی
آغ آتیم آت قدمین دریا ، دایازدی
دریانی گئچسن اگر شهرِ نیازدی
اوردا هر قان كی تؤكولدو یئره ، آزادلیقی یازدی
بشر آزادلیغا بازدی !
آغ آتیم ، قول قاناتیم
اوردا دؤلبرچین اوتو دؤرت پَر آچیبدی
اوردا دیللنمگه دیل تازه شیرین دیللر آچیبدی
اوردا باغلاردا بوتون گؤل لر آچیبدی
آغ آتیم
آت قدم آیدینلیغا ساری !