SƏHƏNDim tək başı tufanlı babək
Götüm zülmün evi kökdən talansın
Tökülsün ləş-ləş üstündən qalansın
Kökündən az qalır dağ yırqalansın
Nə cungilti salıbsan şanlı babək
SƏHƏNDim tək başı tufanlı babək
Səni azadələr dildən sevərdi
Bütün babək deyib düşman döyərdi
Qolubndan əlli milyon qol göyərdi
Gözün aç üz- gözü al qanlı babək
SƏHƏNDim tək başı tufanlı babək
DƏDƏQORQUD deyər sazlar telində
KOROĞLU səslənər çənlibelində
Gələr bir gün dilə türklər dilində
Diyər hər yerdə hər iranlı babək
SƏHƏNDim tək başı tufanlı babək
Sənin eşqində bayraqlar əsillər
bitiblər öz kökündə bu nəsillər
əlanda MÖTƏSİMlər qol kəsillər
SƏHƏNDim tək başı tufanlı babək
Nə cungilti salıbsan şanlı babək
Huşəng cəfəri
"سهند"یم تك باشی طوفانلی بابك
گوروم ظولمون ائوی كوكدن تالانسین
توكولسون لش لش اوستوندن قالانسین
كوكوندن از قالیر داغ ییر غالانسین
نه جینگیلتی سالیبسان شانلی بابك
"سهند"یم تك باشی طوفانلی بابك
سنی ازاده لر دیلدن سئوه ردی
بوتون بابك دئییب دوشمان دویردی
قولوندان اللی میلیون قول گویردی
گوزون اچ اوز- گوزو ال قانلی بابك
"سهند" یم تك باشی طوفانی بابك
"دده قور قود" دئیه ر سازلار تئلینده
"كور اوغلو"سسله نر چنلی بئلینده
گلر بیر گون دیله توركلر دیلینده
دئیه ر هر یئرده هر ایرانلی بابك
"سهند "یم تك باشی طوفانلی بابك
سنین عشقینده بایراق لار اسیللر
یتیبلر اوز كوكونده بو نسیل لر
الاندا "معتصم "لر قول كسیللر
سهندیم تك باشی طوفانلی بابك
نه جینگیلتی سالیبسان شانلی بابك
"هوشنگ جعفری"