سه شنبه 21 تیر 1390ده گؤنده ریلیب
بؤلوم | هوشنگ جعفریHUŞƏNG CƏFƏRİ       یازار :  ARAZ

 

 

Şəhryar gedəndə

Baxdım dalısıyca yar gedəndə

Bir yolda dedim baxar gedəndə

Baxdı qapıdan geçəndə güldü

Bilmirdi ürək umar gedəndə

Bağlandı dilim ürəkdən amma

Az qaldı çekəm havar gedəndə

Getmə gedisən yavaş yavaş get

Canım bilisən çıxar gedəndə

Döndər gözünü xumar – xumar bax

Qoyma mənidə xumar gedəndə

Sənsizligə dözməyim çətindir

Gəl caanımı al qutar gedəndə

Səndən sonra eşqi neylirəm mən

Al eşqinidə apar gedəndə

Mehriylə nəvaziş eylə bəlkə

Gül bitsin ürəkdə qar gedəndə

Mən gör nə deyirdi m öz özümlə

Qol boynuma bir salar gedəndə

Boçaarə ürək bulud kimindir

Gördükcə səni dolar gedəndə

Day cəfəri bəsdi bəsdi xələt

Söz ustadı şəhryar gedəndə

Iranda sənət dilənçilikdi

Baxma ki tapar viqar gedəndə

Ustad huşəng cəfəri

شهریار گئدنده

باخدیم دالیسیجا یار گئدنده ،

بیر یولدا دئدیم باخار گئدنده ،

باخدی قاپیدان كئچنده گولدو ،

بیلمیردی اورك اومار گئدنده ،

باغلاندی دیلیم اوركدن آمما ،

آز قالدی چئكم هاوار گئدنده ،

گئتمه گئدیسن ؟ یاواش – یاواش گئت ،

جانیم بیلی سن چیخار گئدنده ،

دؤندر گؤزونو خومار – خومار باخ ،

قویما منی ده ، خومار گئدنده ،

سن سیزلیگه دوزمگیم چتیندی ،

گل جانیمی آل قوتار گئدنده ،

سندن سورا عشقی نئیلیرم من ،

آل عشقینی ده آپار گئدنده ،

مئهر ایله نوازش ائیله بلكه ،

گول بیتسین اورك ده قار گئدنده ،

من گؤر نه دئییردیم اؤز اؤزوملن ،

قول بوینوما بیر سالار گئدنده ،

بیچاره اورك بولود كیمین دیر ،

گؤردوكجه سنی دولار گئدنده ،

دای « جعفری » بسدی خلعت ،

سؤز اوستادی شهریار گئدنده ،

ایراندا هونر دیلنچی لیك دیر ،

باخما كی تاپار ویقار گئدنده ،

هوشنگ جعفری زنگانلی