E’TIRAF
Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bə’zən gec gəlirəm, yorqun gəlirəm
Bitirsən qapıda bənovşə kimi...
Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
iyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç.
Hər kəs taleyilə gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Decel uşaqlara mulayim ata,
Səninçün ən decel uşaq olmuşam.
Sənsən dağlar kimi səbrlə dozən
Bəlkə tərəddudlə çox döyüşmüsən.
Isti bir sevgidən yazmişam bəzən,
Soyumuş çayımı sən dəyişmisən...
üzümdə kədərdən bir iz gorəndə,
şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis uz gorəndə
Sən anam olmusan, bacım olmusan.
Bir kovrək şe’rimdən gözlərin dolub,
Nə deyim, özgədən çox yazıb qələm.
Nə qədər düyünlü günümüz olub,
Düyünlü qaşını gorməmişəm men...
Bir əlin mətbəxdə qabda-qaşıqda,
Bir gözün istidə, tüstüdə olub.
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.
Yollar çarpaz-çarpaz, yollar qarışıq...
Gecə yol gedirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən ışıq-
Gözümün nurudur yolumun ustə.
Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bə’zən gec gəlirəm, yorqun gəlirəm
Bitirsən qapıda bənovşə kimi...
Nüsret KESEMENLİ
اعتیراف
فیكیرلی گلیرم، دالغین گلیرم،
قایغیلی گؤزلرین چكیر شكلیمی.
بعضا گئج گلیرم، یورقون گلیرم
بیتیرسن قاپیدا بنووشه كیمی...
بلكه مین سوچومو بیلمیسن منیم،
بیرینی اوزومه وورمامیسان هئچ.
ایهاملا اوزومه گولموسن منیم،
بیرجه یول اوزومه دورمامیسان هئچ.
هر كس طالئییله گلیر حیاتا،
دئمیرم، اوریی یومشاق اولموشام.
دئجئل اوشاقلارا مولاییم آتا،
سنینچون ان دئجئل اوشاق اولموشام.
سنسن داغلار كیمی صبرله دوزن
بلكه ترددودله چوخ دؤیوشموسن.
ایستی بیر سئوگیدن یازمیشام بعضا،
سویوموش چاییمی سن دییشمیسن...
اوزومده كدردن بیر ایز گورنده،
شیرینیم اولموسان، آجیم اولموسان.
قوهومدان، تانیشدان پیس اوز گورنده
سن آنام اولموسان، باجیم اولموسان.
بیر كوورك شعریمدن گؤزلرین دولوب،
نه دئییم، اؤزگهدن چوخ یازیب قلم.
نه قدر دویونلو گونوموز اولوب،
دویونلو قاشینی گورممیشم من...
بیر الین مطبخده قابدا-قاشیقدا،
بیر گؤزون ایستیده، توستوده اولوب.
بیر الین بئشیكده اوغول-اوشاقدا،
بیر گؤزون همیشه اوستومده اولوب.
یوللار چارپاز-چارپاز، یوللار قاریشیق...
گئجه یول گئدیرم قولاغی سسده.
بیزیم پنجرهدن سوزولن ایشیق-
گؤزومون نورودور یولومون اوسته.
فیكیرلی گلیرم، دالغین گلیرم،
قایغیلی گؤزلرین چكیر شكلیمی.
بعضا گئج گلیرم، یورقون گلیرم
بیتیرسن قاپیدا بنووشه كیمی...
نوصرت كئسئمئنلی