əllərın nə yaman soyuqdur gülüm
əllərın elə bil , qar çiçgi dir
ay aman əlində dündüki əlım
əllərın əlimin büz əlcəkidir
biz ki cünüblüyüq bu süyüq hardan ?
gərək külümüzdə süyüq olmasın
gözümüz dünyada , ən qaynar bulağ
gərək əlimizdə süyüq olmasın
oddan yüğrülmüşüq , atəşik axı
qəlbimiz duyğular tonqalı kimi
yanağın elə bil alv dilimi
əllərın bir taxta yunqarı kimi
ay üzü baharlı , əlı qiş sonam
gileyim , gülməli gəlməsin mənim
qurxuram sevgi də , suyumağında
əlındən başlaya , əlındən sənin
nüsrət kəsəmənli
اللرین نه یامان سویوقدور گولوم
اللرین ائله بیل ، قار چیچگی دیر
آی آمان الینده دوندوكی الیم
اللرین الیمین بوز الجه كی دیر
بیز كی جونوبلویوق بو سویوق هاردان ؟
گرك كولوموزده سویوق اولماسین
گؤزوموز دونیادا ، ان قاینار بولاغ
گرك الیمیزده سویوق اولماسین
اوددان یوغرولموشوق ، آتشیك آخی
قلبیمیز دویغولار تونقالی كیمی
یاناغین ائله بیل آلو دیلیمی
اللرین بیر تاختا یونقاری كیمی
آی اوزو باهارلی ، الی قیش سونام
گیلئییم ، گولمه لی گلمه سین منیم
قورخورام سئوگی ده ، سویوماغیندا
الیندن باشلایا ، الیندن سنین
نصرت كسمنلی