öldürmə məni
canı sən vermədin sən də alasan
ümıd ver yaşayım öldürmə məni
qıyma sevincimə qatıl olasan
omıd ver yaşayım öldürmə məni
ölümüm min yerə yuzuləcəqdir
dünyadan bir sevən azalacaqdır
qəbrim orəyində qazılacaqdır
omıd ver yaşayım öldürmə məni
məni öz əlinlə məzarə vermə
görmək istəmirsən , heç məni görmə
sən allah bu qədər günaha batma
ümid ver yaşayım öldürmə məni
vallə əllərimdə qalacaq yaxan
bilmirm bu mənzil uzaqdır yaxın
yaşamaq mənim də haqqqım dir axı
ümid ver yaşayım öldürmə məni . .
nəsrt kəsmənli
اؤلدورمه منی
جانی سن وئرمه دین سن ده آلاسان
اومید وئر یاشاییم اؤلدورمه منی
قییما سئوینجیمه قاتیل اولاسان
اومید وئر یاشاییم اؤلدورمه منی
اؤلوموم مین یئره یوزولاجاقدیر
دونیادان بیر سئون آزالاجاقدیر
قبریم اوره یینده قازیلاجاقدیر
اومید وئر یاشاییم اؤلدورمه منی
منی اؤز الینله مزاره وئرمه
گؤرمه ك ایسته میرسن ، هئچ منی گؤرمه
سن الله بو قدیر گوناها گیرمه
اومید وئر یاشاییم اؤلدورمه منی
والله اللریمده قالاجاق یاخان
بیلمیرم بو منزیل اوزاقدیر یاخین
یاشاماق منیم ده حاققیم دیر آخی
اومید وئر یاشاییم اؤلدورمه منی
نصرت كسمنلی