ömrümdən bir an
ömrümdən bir anı oğurlamışıq
qaçıb bölüşürük bu xəlvət yerdə
payızdan ayrılan köçəri quşuq
kim bilər bəlkədə görüşdük birdə
böşalır orəyin dolur gözlərin
keçitmiş zamanı ləntləyirsn
dulaşıb dilində qalır sözlərin
özündə bilmirsən nə istəyirsn
örtür gözlərini yüxü xumarı
yüxün saçın kimi qarışıq düşür
fikirli keçirsən , bugün yolları
ünvanın , adımla , dulaşıq düşür
dəli tək daş atddıq bu sakıt gölə
o daşı geriə , qaytarmaq olmur
bizim yalanımız , yeriyr hələ
elə yeriyr ki , ızı də qalmır
açada bilmirik sırrı heç kimə
elə gizli gizli , alışırıq biz
bəlkə də bir doğru sevgi eşqinə
min yalan uydurub danışırıq biz
şair : nüsrət kəsəmənli
عومرومدن بیر آن
عومرومدن بیر آنی اوغورلامیشیق
قاچیب بؤلوشوروك بو خلوت یئرده
پاییزدان آیریلان كوچه ری قوشوق
كیم بیلر بلكه ده گؤروشدوك بیرده
بؤشالیر اوره یین دولور گؤزلرین
كئچیتمیش زامانی لعنت له ییرسن
دولاشیب دیلینده قالیر سؤزلرین
اؤزونده بیلمیرسن نه ایسته ییرسن
اؤرتور گؤزلرینی یوخو خوماری
یوخون ساچین كیمی قاریشیق دوشور
فیكیرلی كئچیرسن ، بوگون یوللاری
عنوانین ، آدیملا ، دولاشیق دوشور
ده لی تك داش آتدیق بو ساكیت گوله
او داشی گئریه ، قایتارماق اولمور
بیزیم یالانیمیز ، یئرییر هله
ائله یئرییر كی ، ایزی ده قالمیر
آچادا بیلمیریك سیرری هئچ كیمه
ائله گیزلی گیزلی ، آلیشیریق بیز
بلكه ده بیر دوغرو سئوگی عشقینه
مین یالان اویدوروب دانیشیریق بیز
شاعیر : نصرت كسمنلی