bu dağdan - nüsrət kəsəmənli
bu dağdan keçə bilməzsən
gülünü dərə bilməzsən
zəhərəm içə bilməzsən
sənin şərabın deyiləm
. .
gəl oynama bu oyunu
açabılməz sən düyünü
get axtar tap öz tayını
mən sənin tayın deyiləm
. .
ötəri hisslərə yadam
kərnüllər yandıran odam
sevgi adlı bir kitabam
sənin kitabın deyiləm
. .
yanıb odlara qalanma
bu eşqi əyləncə sanma
pərvanə tək çox dolanma
sənin çırağın deyiləm
بو داغدان - نصرت كسمنلی
بو داغدان كئچه بیلمز سن
گولونو دره بیلمز سن
زه هه رم ایچه بیلمز سن
سنین شرابین دئییلم
..
گل اویناما بو اویونو
آچابیلمز سن دویونو
گئت آختار تای اؤز تایینی
من سنین تایین دئییلم
..
اؤته ری حیس لره یادام
كرنوللر یاندیران اودام
سئوگی آدلی بیر كیتابام
سنین كیتابین دئییلم
..
یانیب اودلارا قالانما
بو عشقی اه یلنجه سانما
پروانه تك چوخ دولانما
سنین چیراغین دئییلم