دوشنبه 24 مرداد 1390ده گؤنده ریلیب
بؤلوم | نصرت كسمنلیNÜSRƏT KƏSƏMƏNLİ       یازار :  ARAZ

otancaq sevda

mən sənə bircə yol əldandım gülüm

məktublar ömürlug aldanıbdılar

məni xatırlama ozgə ol yad ol

oıvncaq olmasın məktublarbarı

ömründə bircə yol alicənab ol

yandır xatirəmi o məktubları

orda ürəyimin harayı ahı

qəlbimin utancaq sevdası yatıb

orda vuqarımın sınma günahı

kövrək bir nəğmənin sədası yatıb

dağılar şührətin dumanlı çəni

udar bir ac balığ inci təg səni

yazdığım sətirlər ac tüxüm kimi

bir gün güz yaşını ıçəcək sənin

məktublar içində nəyim nələrim

alovlu sətirlər gizli qəm kimi

yandır məktubları xatirə lərim

yansın külə dönsün qoy kərəm kimi

sənə ümidlə dülü dikilən gözlər

yenə xatirə də dönüb qalandı

əlim əsə- əsə yazdığım sözlər

o zaman düzüydi ındı yalandı

həyatın üzündə sınadım səni

demə baharıydım indisə qışam

yaxşı ki sunradan tanıdım səni

yaxşı ki omurluk aldanmamışam

nüsret kesemenli

 

اوتانجاق سئودا

من سنه بیرجه یول الداندیم گولوم

مكتوبلار عومورلوگ آلدانیبدیلار

منی خاطیرلاما اوزگه اول یاد اول

اویونجاق اولماسین مكتوبلار باری

عومرونده بیرجه یول عالی جناب اول

یاندیر خاطیره می او مكتوبلاری

اوردا اورییمین هارایی آهی

قلبیمین اوتانجاق سوداسی یاتیب

اوردا ووقاریمین سینما گوناهی

كووره ك بیر نغمنین صداسی یاتیب

داغیلار شوهرتین دومانی چنی

اودار بیر آج بالیغ اینجی تگ سنی

یازدیغیم سطیرلر آج توخوم كیمی

بیر گون گوز یاشینی ایچجك سنین

مكتوبلار ایچینده نییم نلریم

آلوولو سطیرلر گیزلی غم كیمی

یاندیر مكتوبلاری خاطیره لریم

یانسین كوله دونسون قوی كرم كیمی

سنه اومید له دولو دیكیلن گوزلر

یئنه خاطیره ده دونوب قالاندی

الیم اسه اسه یازدیغیم سوزلر

او زامان دوزویدی ایندی یالاندی

حیاتین اوزونده سینادیم سنی

دئمه باهارییدیم ایندیسه قیشام

یاخشی كی سونرادان تانیدیم سنی

یاخشی كی اومورلوك آلدانمامیشام

نصرت كسمنلی