son xatirəm
dedin , son xatirəm qürü şəkildi
yazdın , unudanda baxarsan ancaq .
mən səni onutsam . . .
düşündün mü bir ,
şəklin səndən əvvəl onudulacaq . . .
bilirəm ,
bir daha dönməyəcəksən ,
əksin - yanan eşqin bir ovuc külü
özün yad ürəyi dinləyəcəksən ,
şəklinsə qəlbimin döyüntüsünü .
səni saxlamağa çatmadı gücüm ,
açılan nə vaxtsa sulmalı imiş .
şəklini vərəqə köçürmək üçün
arada neqatıv olmalıyımş .
bu süyüq kağızda sevinc dünübdür ,
kədərin hardasa yol gəlir hələ .
üzünə xəfifbir gülüş qonubdur ,
hicrana baxırsan sən gülə - gülə
bir anın hükmüylə deyişir ınsan ,
necə əziz ıdı bayaq bu şəkil .
sən özün bir sevgi xumarındasan ,
həmişə oyaqdır ,
oyaq bu şəkil .
bir kağız üstündə donan ümidin
qəmli gözlərində əbədi ocaq ,
şəkilin vaxtı sayan saat kimidi ,
yadıma düşəndə baxıram ancaq . . .
N.KƏSƏMƏNLI
سون خاطیرم
دئدین، سون خاطیرم قورو شكیلدی
یازدین ، اونوداندا باخارسان آنجاق.
من سنی اونوتسام ...
دوشوندون مو بیر ،
شكلین سندن اول اونودولاجاق...
بیلیرم،
بیر داها دؤنمه یه جك سن ،
عكسین - یانان عشقین بیر اوووج كولو...
اؤزون یاد اوره یی دینله یه جك سن ،
شكلینسه قلبیمین دؤیونتوسونو.
سنی ساخلاماغا چاتمادی گوجوم،
آچیلان نه واختسا سولمالی ایمیش.
شكلینی وره قه كؤچورمك اوچون
آرادا نئقاتیو اولمالی ایمیش.
بو سویوق كاغیذدا سئوینج دونوبدور ،
كده رین هارداسا یول گلیر هله .
اوزونه خفیف بیر گولوش قونوبدور ،
هیجرانا باخیرسان سن گوله - گوله...
بیر آنین حوكمویله دییشیر اینسان،
نئجه عزیز ایدی بایاق بو شكیل.
سن اؤزون بیر سئوگی خومارینداسان،
همیشه اویاقدیر ،
اویاق بو شكیل.
بیر كاغیذ اوستونده دونان اومیدین
غملی گؤزلرینده ابدی اوجاق،
شكلین واختی سایان ساعات كیمیدی ،
یادیما دوشنده باخیرام آنجاق...