Ayı
Yol verin, ayı gəlir,
Qocalmış dayı gəlir.
Qıztək örtmüş başına
Ağ kələğayı gəlir.
Əlində var çomağı,
Qarşılayaq qonağı.
Başlayaq onunla biz
Oynayıb oxumağı.
Mənim ayım; öz ayım,
Sən ey qaragöz ayım,
Nə yaxşı oynayırsan,
Olmaz sənə söz, ayım..
آیی
یول وئرین، آیی گلیر،
قوجالمیش دایی گلیر.
قیزتك اؤرتموش باشینا
آغ كلغایی گلیر.
علینده وار چوماغی،
قارشیلایاق قوناغی.
باشلایاق اونونلا بیز
اویناییب اوخوماغی.
منیم آییم؛ اؤز آییم،
سن ائی قاراگؤز آییم،
نه یاخشی اویناییرسان،
اولماز سنه سؤز، آییم.