چهارشنبه 26 مرداد 1390ده گؤنده ریلیب
بؤلوم | اوشاغلارuşağlar       یازار :  ARAZ

آی اوشاقلار ال- اله!

ال- اله وئرین گئده‌ك آرزی‌گیله!

آرزی‌گیل بیزدن كوسوبلر، بیلیریك،

بو زامان بیز ال- اله وئرمه‌لی‌ییك،

اونلاری قایتارماغا گئتمه‌لی‌ییك.

 

قوجالار دیللنسه‌لر باش وئرمه‌یین،

گئجه‌نین قیفیللارین آچین گلین!

 

بیر گئجه آی چیخاندا بیز چیخاریق،

سئل تكین بؤلگه‌لی داغدان آخاریق،

دوشمانین ائوجییینه اود یاخاریق؛

آی اوشاقلار ال- اله!

ال- اله وئرین گئده‌ك آرزی‌گیله....!

Ay uşaxlar ələlə

ələlə verin gedək arzı gilə

arzıgil bizdən küsüblər bilirik

bu zaman biz ələlə verməliyik

onları qaytarmağa getməliyik

 

qocalar dillənsələr baş verməyin

gecənin qıfılların açın gəlin

bir gecə ay çıxanda biz çıxarıx

sel təkın bölgəli dağdan axarıx

düşmanın evciyinə od yaxarıx

 

Ay uşaxlar ələlə

ələlə verin gedək arzı gilə