پنجشنبه 27 مرداد 1390ده گؤنده ریلیب
بؤلوم | محمد بیریا شعرلریMƏHƏMMƏD BİRİYA       یازار :  ARAZ

Mən nə deyirəm

 

Mən deyirəm zülmkardan aazad olsun vətənim

Pozulmasın xəzan vurmuş bağlar kimi gülşənim

Ana toprağ qonçalansın gül çiçəklər sevinsin

solqun üzlər yaşlı  gözlər  paak ürəklər sevinsin

 

Mən deyirəm ölkemizde yansın elmin çırağı

Hemişelik söndürülsün cihaletin ocağı

Her tərəfdə mədəniyyət  sarayları  tikilsin

Xiyavanlar genişlənsin tıramvalar çəkilsin

 

Mən deyirəm isaretden xilas olsun elimiz

Bundan artığ zalimlərə bağlanmasın belimiz

Isteemara qarşı dursun rəncbərlər ordusu

əkincilər zəhmətkeşlər kargərlər ordusu

 

Mən deyirəm diktatorluq əbədilik çurusun

Aazadlığın gözəl nuuru hər tərəfi bürüsün

Hürrüyətin kəlməsiylə şöhrət tapsın adımız

Biz ölsəkdə səaadətlə yaşasın evladımız

 

Mən deyirəm yurdumuza kəc baxanlar yox olsun

Böhtan deyib adımıza şər yaxanlar yox olsun

Xalqımızın iyidlıyi düşsun dildən dillərə

əməlləri yadgar tək qalsın eldən ellərə

 

Mən deyirəm azərbaycan qəhrəmanlar yurdudur

Şücaəətli BAĞIRXANlar SƏTTARXANlar yurdudur

Böyük QACAR şahlarını yola salmış bu diyar

Onun hər bir qarşısında əcdadımın haqqı var

MƏHƏMMƏD BIRIYA

 

من نه دئییرم

 

من دئییرم ظولمكاردان آازاد اولسون وطنیم

پوزولماسین خزان وورموش باغلار كیمی گولشه نیم

آنا توپراغ قونچالانسین گول چیچكلر سئوینسین

سولقون اوزلر یاشلی  گؤزلر  پاك اوره كله ر سئوینسین

 

من دئییرم اؤلكه میزین یانسین علمین چیراغی

همیشه لیك سؤندوروولسون جهالتین چیراغی

هه ر طرفده مدنیت  سارایلاری  تیكیلسین

خییاوانلار گئنیشلنسین تیراموالار چكیلسین

 

من دئییرم ایسارت ده ن خیلاص اولسون ائلیمیز

بوندان آرتیغ ظالیملره باغلانماسین بئلیمیز

ایستعمارا قارشی دورسون رنجبرلر اوردوسو

اكینجیلر زحمتكئشلر كارگرلر اوردوسو

 

من دئییرم دیكتاتورلوق ابدیلیك چوروسون

آزادلیغین گؤزل نوورو هر طرفی بوروسون

حریت ین كلمه سییله شؤهرت تاپسین آدیمیز

بیز اؤلسكده سعادتله یاشاسین ائولادیمیز

 

من دئییرم یوردوموزا كج باخانلار یوخ اولسون

بؤهتان دئییب آدیمیزا شر یاخانلار یوخ اولسون

خالقیمیزین ایگیدلییی دوشسون دیلدن دیللره

عمللری یادگار تك قاسین ائلدن ائللره

 

من دئییرم آذربایجان قهرمانلار یوردودور

شوجاتلی باغیرخانلار ستتارخانلار یوردودور

بؤیوك قاجار شاهلارینی یولا سالمیش بو دیار

اونون هر بیر قارشیسیندا اجدادیمین حاقی وار

محمد بیریا