شنبه 29 مرداد 1390ده گؤنده ریلیب
بؤلوم | نصرت كسمنلیNÜSRƏT KƏSƏMƏNLİ       یازار :  ARAZ

bir tel

çiynimdə bir telin gəlib mənyilə

dolanıb boynuma ,  aça bilmirəm

bir ocu cəhənnəm ,  bir ocu cənnət

mən bu qıl körpüdən geçə bilmirəm

çiynimdə bir telin gəlib mənyilə

ümidsız sevginin sevən ahı kimi

küksümə baş qüyüb  ,  ağlayır sankı

bir qızın düzəlməz gunahı kimi

çiynimdə bir telin gəlib mənyilə

bu gecə  ,  telinə qısılacağam

götürüb atmağa gəlməyir əlim

görsələr telindən asılacağam

çiynimdə bir telin gəlib mənyilə

çinimdə elə bil məlk yükü var

yandırsam özünü yetirə cəksn

tel deyil çinimdə simrğ tükü var

çiynimdə bir telin gəlib mənyilə

öpüb oxşayıram mən sevə - sevə

meydan oxuyuram yuxsa ölümə

kəfənim çiynimdə  ,  gəlmişəm evə

çiynimdə bir telin gəlib mənyilə

bu yükün altında  ,  sankı çökürəm

bir nür mənbəyidir hamıdan gizli

səndən evimizə ışıq çəkirəm

çiynimdə bir telin gəlib mənyilə

durnadir qatardan ayrılıbdı o

evimdən ülfətı kəsməyə xatir

qilinc tək qıynından sırılıbdı o

çiynimdə bir telin gəlib mənyilə

səfamı cəfamı gətirə cək dir

haradasa bır qartal şığayıb bəlkə

yuvaqurmaq üçün götürəcək dir

çiynimdə bir telin gəlib mənyilə

bu gecə yuxuma  ,  olacaq qənim

bu gecə bir telin gəlib mənyilə

bu gecə telinə qurbanam sənin

NÜSRƏT KƏSƏMƏNLI

 

 

 

بیر تئل

چینیمده بیر تئل گلیب منیله

دولانیب بوینوما، آچا بیلمیرم

بیر اوجو جهنم، بیر اوجو جنت

من بو قیل كورپوده ن گئچه بیلمیرم

چینیمده بیر تئل گلیب منیله

اومیدسیز یئوگی نین سئون آهی كیمی

كوكسومه باش قویوب ، آغلاییر سانكی

بیر قیزین دوزلمز گوناهی كیمی

چینیمده بیر تئلین گلیب منیله

بو گئجه ، تئلینه قیسیلاجاغام

گؤتوروب آتماغا گلمه ییر اَلیم

گؤرسه لر تئلینده ن آسیلاجاغام

چینیمده بیر تئلین گلیب منیله

چینیمده ائله بیل ملك یوكو وار

یاندیرسام اؤزونو یئتیره جكسن

تئل دئییل چینیمده سیمرغ توكو وار

چینیمده بیر تئلین گلیب منیله

اؤپوب اوخشاییرام من سئوه سئوه

میدان اوخویورام یوخسا اؤلومه

كفنیم چینیمده ، گلمیشم ائوه

چینیمده بیر تئلین گلیب منیله

بو یوكون آلتیندا ، سانكی چؤكورم

بیر نور منبعی دیر هامیدان گیزلی
سندن ائویمیزه ایشیق چكیرم

چینیمده بیر تئلین گلیب منیله

دورنا دیر قاطاردان آیریلیبدی او

ائویمدن الفتی كسمه یه خاطیر

قیلینج تك قئینیندان سیریلیبدی او

چینیمده بیر تئلین گلیب منیله

صفامی جفامی گتیره جك دیر

هاراداسابیر قارتال شیغاییب بلكه

یوواقورماق اوچون گؤتوره جك دیر

چینیمده بیر تئلین گلیب منیله

بو گئجه یوخوما ، اولاجاق غنیم

بو گئجه بیر تئلین گلیب منیله

بو گئجه تئلینه قوربانام سنین

ن.كسمنلی