دوشنبه 31 مرداد 1390ده گؤنده ریلیب
بؤلوم | نصرت كسمنلیNÜSRƏT KƏSƏMƏNLİ       یازار :  ARAZ

məndən əsirgmə

məndən əsirgmə o gözlərini

baxım gözlərinə gözüm sevinsin

səni sevdiyimi söylə yim sənə

orəyim sevinsin  ,  sözüm sevinsin

məndən əsirgmə məhbtini  ,

saxla səhərkimi təravətini

göstər leyli kimi sədaqətini

həsrət boyun büksün,dözüm sevinsin

nazlı bir pərisən uçub gəlmisən

payızdan bahara köçüb gəlmisən

hansı dərd əlındən qaçıb gəlmisən

qovuşsun izinə izim sevinsin

məndən əsirgmə gül nəfəsini

sən oxu  ,  dinlə yim yazın səsini  .

məndən əsirgmə eşq qəfəsini

yanım bu qəfəsdə közüm sevinsin

məndən əsirgmə qönçə dudağı

sən allah , qəlbimə çəkmə bu dağı

oturaq oz  -  ozə bir axşam çağı

çörəyim sevinsin  ,  düzüm sevinsin

 

NÜSRƏT KƏSƏMƏNLI

 

مندن اسیرگمه

مندن اسیرگمه او گؤزلرینی ،

باخیم گؤزلرینه گؤزوم سئوینسین،

سنی سئودیییمی سؤیله ییم سنه ،

اوره ییم سئوینسین ، سؤزوم سئوینسین ...

مندن اسیرگمه محبّتینی ،

ساخلا سحركیمی طراوتینی .

گؤستر لئیلی كیمی صداقتینی

حسرت بویون بوكسون ، دؤزوم سئوینسین .

نازلی بیر پری سن اوچوب گلمیسن ،

پاییزدان باهارا كؤچوب گلمیسن .

هانسی درد الیندن قاچیب گلمیسن ،

قوووشسون ایزینه ایزیم سئوینسین .

مندن اسیرگمه گول نفسینی ،

سن اوخو ، دینله ییم یازین سسینی .

مندن اسیرگمه عشق قفسینی

یانیم بو قفسده كؤزوم سئوینسین .

مندن اسیرگمه غؤنچه دوداغی ،

سن آللاه ، قلبیمه چكمه بو داغی .

اوتوراق اوز - اوزه بیر آخشام چاغی ،

چؤره ییم سئوینسین ، دوزوم سئوینسین ...

نصرت كسمنلی