mənə nə ?
ayrılıq , uğur olsun yoluna
bundan sonra sevməyindən mənənə ?
xatrimdə gözıaşların qalacaq ,
kinayəli gülmə yindən mənə nə ?
hər gunahı qəbahətiən bilmədin ,
məhbtin yolu çətin , bilmədin ,
bu sevgini səadətın bilmədin ,
bundan sonra bilməyindən mənə nə ?
xatirn yox , ömrüm boyu saxlayım
de , hardasan , hardan gəlib yoxlayım
gözlərimdə yaş qalmayıb ağlayım
bundan sonra silməyindən mənə nə ?
qüpüb getdi son omıdın yarpağı
həsrət əkıb , dərd böyüdür torpağı
sən olmadın dərdlərimin ortağı .
bundan sonra bölməyindən mənə nə ?
bu sevgidə düz sözünü görmədim ,
özgə oldun , heç özünüu görmədim
sağlığında xüş üzünü görmədim ,
bundan sonra ölməyindən mənə nə ?
NÜSRƏT KƏSƏMƏNLI
منه نه ؟
آیریلیق ، اوغور اولسون یولونا
بوندان سونرا سئومه ییندن منه نه ؟
خاطریمده گؤزیاشلارین قالاجاق،
كینایه لی گولمه ییندن منه نه ؟
هر گوناهی قباحت ین بیلمه دین ،
محبّتین یولو چتین ، بیلمه دین ،
بو سئوگینی سعادتین بیلمه دین ،
بوندان سونرا بیلمه ییندن منه نه ؟
خاطیرن یوخ ، عؤمروم بویو ساخلاییم
دئ ، هارداسان ، هاردان گلیب یوخلاییم
گؤزلریمده یاش قالماییب آغلاییم
بوندان سونرا سیلمه ییندن منه نه ؟
قوپوب گئتدی سون اومیدین یارپاغی
حسرت اكیب ، درد بؤیودور تورپاغی
سن اولمادین دردلریمین اورتاغی.
بوندان سونرا بؤلمه ییندن منه نه ؟
بو سئوگیده دوز سؤزونو گؤرمه دیم ،
اؤزگه اولدون ، هئچ اوزونو گورمه دیم
ساغلیغیندا خوش اوزونو گؤرمه دیم ،
بوندان سونرا اؤلمه ییندن منه نه ؟ ...
نصرت كسمنلی