دوشنبه 31 مرداد 1390ده گؤنده ریلیب
بؤلوم | نصرت كسمنلیNÜSRƏT KƏSƏMƏNLİ       یازار :  ARAZ

nə olsun  ,  eyni şəhərdə yaşayırıq

nə olsun  ,  eyni şəhərdə yaşayırıq

səni görə bilməyən dən sonra

nə fərqi

ya qunşuluqda olaq ,

ya hərəmiz

dünyanın bir ucunda

aramızda bir həsrət duvarı var .

mən həsrətin bu tərəfində

sən həsrətin o tərəfində

nə olsun  ,  eyni şəhərdə yaşayırıq ,

ömrümüzə eyni səhər ,

eyni axşam düşür ,

günlərimiz balıq kimi sürüşür .

səni görə bilmə yən dən sonra

evlərimiz həbs xana kamerası ,

lap elə ,  bir addımdı arası

nə olsun  ,  eyni şəhərdə yaşayırıq ,

eyni havanı uduruq ,

eynisudaniçirik ,

eyni dayanacaq lardan keçirik

eyni yolda

müxtəlif ıstıqamətlərə qaçırıq

səni görə bilməyən dən sonra

nə fərqi

ya ilan kimi sürünürük

ya qüş kimi uçuruq  ,

nə olsun  ,  eyni şəhərdə yaşayırıq  ,

şəhr bizim şəhrimiz deyil ,

nə də biz bu şəhərinik  .

yağan yağış bizimdi  ,

göy ozündə sərgrdan

gəzn bülüd bizimdir .

bir araya düşən həsrət  ,

birdə ümid bizimdir .

bu şəhərdə

nə sən mənim sən  ,

nə mən sənin  .

içində itib batmışıq

qəmin  ,  qüsə nin

birimiz hıcran

birimiz həsrət daşıyrıq

hərəmiz dünyanın bir ocundayıq

səni görə bilməyən dən sonra

nə olsun,eyni şəhərdə yaşayırıq

NÜSRƏT KƏSƏMƏNLI

نه اولسون ، عینی شهَرده یاشاییریق

نه اولسون ، عینی شهَرده یاشاییریق،

سنی گؤره بیلمه ین دن سونرا

نه فرقی

یا قونشولوقدا اولاق،

یا هره میز

دونیانین بیر اوجوندا

آرامیزدا بیر حسرت دیواری وار.

من حسرتین بو طرفینده

سن حسرتین او طرفینده

نه اولسون ، عینی شهَرده یاشاییریق،

عؤمروموزه عینی سحر،

عینی آخشام دوشور،

گونلریمیز بالیق كیمی سوروشور.

سنی گؤره بیلمه ین دن سونرا

ائولریمیز حبس خانا كامئراسی،

لاپ ائله، بیر آددیمدی آراسی ...

نه اولسون ، عینی شهَرده یاشاییریق،

عینی هاوانی اودوروق،

عینی سودان ایچیریك،

عینی دایاناجاق لاردان كئچیریك

عینی یولدا

موختلیف ایستیقامت لره قاچیریق

سنی گؤره بیلمه ین دن سونرا

نه فرقی

یا ایلان كیمی سورونوروك

یا قوش كیمی اوچوروق ،

نه اولسون ، عینی شهَرده یاشاییریق ،

شهر بیزیم شهریمیز دئییل،

نه ده بیز بو شهَرینیك .

یاغان یاغیش بیزیمدی ،

گؤی اوزونده سرگردان

گزن بولود بیزیمدیر.

بیر آرایا دوشن حسرت ،

بیرده اومید بیزیمدیر.

بو شهَرده

نه سن منیم سن ،

نه من سنین .

ایچینده ایتیب باتمیشیق

غمین ، غوصّه نین ...

بیریمیز هیجران،

بیریمیز حسرت داشییریق ،

هَره میز دونیانین بیر اوجونداییق .

سنی گؤره بیلمه ین دن سونرا

نه اولسون ، عینی شهَرده یاشاییریق...

نصرت كسمنلی