salamat qal
yolun sonuna gəldik
bu sevgi burda bitər
yalvarma , geriyə dön
üzrün günahdan betər
nə əyil , nə də alçal
ayrıldı yollarımız
mən getdim , salamt qal
bu bir imtahanıydı
həyat bizi sınadı
göylərdən endik yerə
sındı eşqin qanadı
bu eşqin zirvəsinə
bacarsan yenə ocal
sənə oğurlar olsun
mən getdim salamat qal
ındı bizə qəm dolu
xatirə lər qalacaq
bu tale acısında
gözlərimiz dolacaq
bu sevdanı uduzdun
başqa sevdanı qazan
unut olub keçəni
mən getdim salamat qal
. .
orəyimlə oynadın
qədrimi sən bilmədin
həsrətindən ağladım
göz yaşımı silmədin
səniydın bir zamanlar
hər şeyi tərsə yuran
allah bəlanı versin
mən getdim salamat qal
NÜSRƏT KƏSƏMƏNLI
سالامات قال
یولون سونونا گلدیك
بو سئوگی بوردا بیتر
یالوارما ، گئرییه دؤن
عوذرون گوناهدان بئتر
نه آه ییل ، نه ده آلچال
آیریلدی یوللاریمیز
من گئتدیم ، سالامت قال
بو بیر ایمتحان ایدی
حیات بیزی سیاندی
گؤیلردن ائندیك یئره
سیندی عشقین قانادی
بو عشقین زیروه سینه
باجارسان یئنه اوجال
سنه اوغورلار اولسون
من گئتدیم سالامات قال
ایندی بیزه غم دولو
خاطیره لر قالاجاق
بو طالع آجی سیندا
گؤزلریمیز دولاجاق
بو سئودانی اودوزدون
باشقا سئودانی قازان
اونوت اولوب كئچه نی
من گئتدیم سالامات قال
..
اوره ییمله اوینادین
قدریمی سن بیلمه دین
حسرتیندن آغلادیم
گؤز یاشیمی سیلمه دین
سن ایدین بیر زامانلار
هر شئیی ترسه یوزان
الله بلانی وئرسین
من گئتدیم سالامات قال
..
نصرت كسمنلی