دوشنبه 31 مرداد 1390ده گؤنده ریلیب
بؤلوم | نصرت كسمنلیNÜSRƏT KƏSƏMƏNLİ       یازار :  ARAZ

sən məni görəcəksən

mənə dərd verib getmə

dərdimnən öləcək sən  .

hara baxsan  ,  qarşında

sən məni görəcəksən

bu peşyman yollarda

axıb gedən sularda ,

hər gecə yuxularda ,

sən məni görəcəksən

qəm dolu otağında  ,

qürümüş dudağında ,

o mənsiz yatağında

sən məni görəcəksən

dən düşər qara telə ,

göz yaşın dönər selə  .

gözünü yumsan belə  ,

sən məni görəcəksən

tuyda gülməyəcəksən

könül verməyəcəksən

bəyi görməyəcəksən

sən məni görəcəksən

NÜSRƏT KƏSƏMƏNLI

 

سن منی گؤره جك سن

 

منه درد وئریب گئتمه ،

دردیم نن اؤله جك سن .

هارا باخسان ، قارشیندا

سن منی گؤره جك سن .

بو پئشیمان یوللاردا

آخیب گئدن سولاردا،

هر گئجه یوخولاردا،

سن منی گؤره جك سن .

غم دولو اوتاغیندا ،

قوروموش دوداغیندا،

او منسیز یاتاغیندا

سن منی گؤره جك سن.

دن دوشر قارا تئله،

گؤزیاشین دؤنر سئله .

گؤزونو یومسان بئله ،

سن منی گؤره جك سن .

تویدا گولمه یه جك سن

كؤنول وئرمه یه جك سن

به یی گؤرمه یه جك سن

سن منی گؤره جك سن .

نصرت كسمنلی