səndən sonra
özünlə aparmısan
günlərimin rəngini
kədər mənə bənzəyir
qəm kövrəlib sən kimi
ındı başa düşmüşəm ,
sən siz hər şeymhədr ,
səndən sonra heç kəsi
sevmədim sənin qədər
sevgi dülü baxışlar
şəklindən baxır mənə
dönə cəksən bilirm
sən əvvəl - axır mənə .
mən elə bilirdim ki ,
hər şey süyüyüb gedər ,
səndən sonra heç kəsi
sevmədim səninqədər .
içimdə tufan kimi
çağlayır xatirələr .
göz yaşlarım qürümür
ağlayır xatirələr .
mən kədərdən duymuşam
məndən duymayır kədr ,
səndən sonra heç kəsi
sevmədim sənin qədər .
o qədər yaxın ikən
bu qədər uzaq olduq .
yürüldüqmü sevgidən
biz yarı yolda qaldıq .
mən əzablar içində ,
sən özün məndən betər
sən özündə heç kəsi
sevmədin mənim qədər
NÜSRƏT KƏSƏMƏNLI
سندن سونرا
اؤزونله آپارمیسان
گونلریمین رنگینی .
كدر منه بنزه ییر،
غم كؤوره لیب سن كیمی .
ایندی باشا دوشموشم ،
سن سیز هر شئیم هدر،
سندن سونرا هئچ كسی
سئومه دیم سنین قده ر .
سئوگی دولو باخیشلار
شكلیندن باخیر منه .
دؤنه جكسن بیلیرم
سن اوّل - آخیر منه .
من ائله بیلیردیم كی ،
هر شئی سویویوب گئدر،
سندن سونرا هئچ كسی
سئومدیم سنین قده ر.
ایچیمده طوفان كیمی
چاغلاییر خاطیره لر.
گؤز یاشلاریم قورومور
آغلاییر خاطیره لر.
من كدردن دویموشام
مندن دویماییر كدر ،
سندن سونرا هئچ كسی
سئومدیم سنین قده ر.
او قدر یاخین ایكن
بو قدر اوزاق اولدوق.
یورولدوق مو سئوگیدن
بیز یاری یولدا قالدیق .
من عذابلار ایچینده ،
سن اؤزون مندن بئتر
سن اؤزون ده هئچ كسی
سئومدین منیم قده ر ...
نصرت كسمنلی