دوشنبه 31 مرداد 1390ده گؤنده ریلیب
بؤلوم | نصرت كسمنلیNÜSRƏT KƏSƏMƏNLİ       یازار :  ARAZ

vətən

anaların torpağını sulayan

tərini sevdim

g[y qurşağı kimi əlvan

yerini sevdim

acını ,  şirini seçə bilmədim

arazdan oça bilmədim

kürpüsündən keçə bilmədim

dəli kimi vuruldum

dəli kürünü sevdim ,  vətən !

 

burnu titrəyən dovşanını

bənövşəni ,  yovşanını

qoruqda mələyən ceyranını

sünbülünü ,  reyhanını

bahar müjdə li qaranquşu

anaların

" daşa dünəsən !  "  -  deyib

Heykəl arzulayan qarğışını

quruca  daşını

torpağının hər qarışını

evini -  eşigini

soba yanında xumarlanan pişigini

qəfəsdəki şerini sevdim ,  vətən !

gözəlindən ,  göyçəyindən

birinə künül verdim

birini sevdim ,  vətən !

çiçəyini ,  gülünü sevdim vətən

obanı ,  elini sevdim vətən

yağışına çətir tutmadım

leysanını ,  selini sevdim vətən !

dənizində üzə bilmədim

vürüldüm maviliyinə

çaylarını ,  gülünü sevdim vətən !

meşə lərin fikrim kimi qarışıq

zirvələrə gedən cığırların dolaşıq

otlu düzlərini

qirçin çülünü sevdim vətən !

düşməninə " yan "  deyən

" anam azərbaycan "  deyən

dilini sevdim vətən .  .  .

yazan:   NÜSRƏT KƏSƏMƏNLI

وطن

آنالارین تورپاغینی سولایان
ترینی سئودیم
گوی قورشاغی كیمی الوان
یئرینی سئودیم
آجینی، شیرینی سئچه بیلمه دیم
آرازدان اوچا بیلمه دیم
كورپوسوندن كئچه بیلمه دیم
دلی كیمی وورولدوم
دلی كورونو سئودیم، وطن!

بورنو تیتره ین دوشانینی
بنوشه نی، یووشانینی
قوروقدا مله ین جئیرانینی
سونبولونو، رئیحانینی
باهار موژده لی قارانقوشو
آنالارین
"داشا دونه سن!"- دئییب
هئیكل آرزولایان قارغیشینی
قوروجا  داشینی
تورپاغینین هر قاریشینی
ائوینی- ائشیگینی
سوبا یانیندا خومارلانان پیشیگینی
قفس ده كی شئرینی سئودیم، وطن!
گوزلیندن، گویچه ییندن
بیرینه كونول وئردیم
بیرینی سئودیم، وطن!
چیچه یینی، گولونو سئودیم وطن
اوبانی، ائلینی سئودیم وطن
یاغیشینا چتیر توتمادیم
لئیسانینی، سئلینی سئودیم وطن!
دنیزینده اوزه بیلمه دیم
وورولدوم ماویلییینه
چایلارینی، گولونو سئودیم وطن!
مئشه لرین فیكریم كیمی قاریشیق
زیروه لره گئدن جیغیرلارین دولاشیق
اوتولو دوزلرینی
قیرچین چولونو سئودیم وطن!
دوشمنینه"یان" دئیه ن
"آنام آذربایجان" دئیه ن
دیلینی سئودیم وطن...

یازان:   نصرت كسمنلی