yarı məndə , yarı səndə
ikimizdə bir ürək var ,
yarı məndə , yarı səndə ,
sevgi adlı bır ağacıq ,
budaq məndə , narı səndə .
çiçək ətrı gül üzündə ,
min mənavar hər sözündə ,
bir bülüdüq göy üzündə
yağış məndə , dolu səndə
bir ovçuyam günüm ovda
qaç ha qaçda , quvha quvda
eşqimiz bir şirin sevda
pətək səndə , balı məndə . . .
NÜSRƏT KƏSƏMƏNLI
یاری منده ، یاری سنده
ایكیمیزده بیر اوره ك وار،
یاری منده ، یاری سنده ،
سئوگی آدلی بیرآغاجیق ،
بوداق منده ، ناری سنده .
چیچك اتری گول اوزونده،
مین معنا وار هر سؤزونده،
بیر بولودوق گؤی اوزونده
یاغیش منده ، دولو سنده
بیر اووچویام گونوم اوودا
قاچ ها قاچدا، قووها قوودا
عشقیمیز بیر شیرین سئودا
پتك سنده ، بالی منده ...
نصرت كسمنلی