yuxuma gələn gözəl
mələkmisən ya nəsən?
nə olar bircə dəfə
həyatda rast gələsən
bu gecə kədərliydin
sənin gözün dülmüşdü
oyandım yastığımda
telin qalmışdı sənin
. . . .
həqiqt sən , bilmirəm
ya doğrudan yuxusan
bəlkə əvvəl sevgimin
sən narahat ruhusan
. . .
göy üzünə uçuruq
ulduz yağır saçına
birdə baxıb görürük
ofüqdə günəş doğur
. . .
üzülür , əllərımız
oçub gözdən itirsən
mən səhərdə qalıram
sən gecəylə gedirsən
. . .
yuxuma gələn gözl
yüxüm çin olacaq mi ?
çıxacaqsan qarşıma
elə gün olacaq mi?
. . .
dünyan başqa dünyamı
inadım səni tapar
ya mənimlə qal , ya da
məni özünlə apar
. . .
NÜSRƏT KƏSƏMƏNLI
یوخوما گلن گؤزل
ملك می سن یا نه سن ؟
نه اولار بیرجه دفعه
حیاتدا راست گله سن
بو گئجه كدرلی یدین
سنین گؤزون دولموشدو
اویاندیم یاستیغیمدا
تئلین قالمیشدی سنین
....
حقیقت سن ، بیلمیرم
یا دوغرودان یوخوسان
بلكه اؤل سئوگیمین
سن ناراحات روحوسان
...
گؤی اوزون اوچوروق
اولدوز یاغیر ساچینا
بیرده باخیب گؤروروك
اوفوقده گونش دوغور
...
اوزولور، اللریمیز
اوچوب گؤزدن ایتیرسن
من سحرده قالیرام
سن گئجه یله گئدیرسن
...
یوخوما گلن گؤزل
یوخوم چین اولاجاق می؟
چیخاجاق سان قارشیما
ائله گون اولاجاق می ؟
...
دونیان باشقا دونیامی
عینادیم سنی تاپار
یا منیمله قال، یا دا
منی اؤزونله آپار
...
نصرت كسمنلی