شنبه 21 مرداد 1391ده گؤنده ریلیب
بؤلوم | Gözel şerlərگوزه ل شعرلر       یازار :  ARAZ

بیلیرسن گویلومون نه‌دیر آرزیسی

من سنی سئوه‌یدیم سن بیلمه‌یه‌یدین

گیزلین ساخلایایدیم ایستكلریمی

من سنه گوله‌یدیم سن گولمه‌یه‌یدین

 

اورگیم باشیندا تیكه‌یدیم قالا

بوتون سئونلری ییغایدیم اورا

گلن گلمه‌یه‌نین قاداسین آلا

من اورا گله‌یدیم سن گلمه‌یه‌یدین

 

آرزیمدیر فلگی بیر ده گؤره‌یدیم

اوندان ایكی عؤمور آلا بیله‌یه‌دیم

اؤله‌یدیم، دیریلیب بیر ده اؤله‌یدیم

سنین عوضینده، سن اؤلمه‌یه‌یدین

«خییوولو آلیش»

Getmədim güllərin qonaqlığına

Can atıb gəlmişəm öz toyumuza

Söz verdim şeirimdən xələtlik biçəm

Biçib gətirmişəm söz toyumuza

 

Taxçada çilçirağ qoy qoşa yana

Işıqlı gecəmiz keşgə uzana

Dur oyna ortada ağbirçək ana

Tikibdir el-oba göz toyumuza

 

Biz çörək qazandıq alın tərilə

Ölüncək qarısın arvad ərilə

Hər kəsən bu gecə öz hünərilə

Kaş ata bir çimdik duz toyumuza

 

Bu günlər tapılmaz az düşər ələ

Səsləyin bu toya hamını gələ

Üzüvə baxmaram sən bilə-bilə

Ay gedə döndərsən üz toyumuza

 

Zor tapdın qatdama zorsuz biləyin

İtirmə hər kimin yedin çörəyin

Yadın da gətirin ələ ürəyin

Qonmasın kinədən toz toyumuza

 

Qızıldan taxıbdır gəlin bilərzik

Baxıram hər yandan yağır gözəllik

Ay xala dur yandır tez-tez üzərlik

Ay Allah dəyməsin göz toyumuza

 

Göyləri sevmərəm ulduzsuz-aysız

Neylirəm mən toyu aşıqsız haysız

Oğluna/Qızına toy tutub atası taysız

Gözəldir yox belə söz toyumuza

 

Boyansın xınaya barmağın-əlin

Oğuluz bəy olsun qızlarız gəlin

Çağırsaq sən Allah ginə də gəlin

İnşallah bu evdə qız toyumuza

 

Məmmədsadıq Siyahkuhi (Xurrəm)

Ərdəbil 1384.06.16