Səhəndin ölümünə
Məhəmməd Hüseyn şəhriyar
Bu qara torpağa giciyim gəlir
Günbəgün artır öz xəzinəsin
O necə basıbdır qara bağrına
Səhənd tək bir dolu söz xəzinəsin
O yüksək səhəndin özü ölübsə
Sızlayan sazının sözü bizdədir
Dumanlı zirvəsi gözdən itibsə
Ruhun intizar gözü bizdədir
Son
سهندین اؤلومونه
محمد حسین شهریار
بو قارا تورپاغا گیجیگیم گلیر
گونبگون آرتیر اؤز خزینهسین
او نئجه باسیبدیر قارا باغرینا
سهند تك بیر دولو سؤز خزینهسین
او یوكسك سهندین اؤزو اؤلوبسه
سیزلایان سازینین سؤزو بیزدهدیر
دومانلی زیروهسی گؤزدن ایتیبسه
روحون اینتیزار گؤزو بیزدهدیر
سون