yalan dünya
sənin bəhrən yeyən kimdir ?
kiminkisən ? yiyən kimdir ?
sənə doğru deyən kimdir ?
yalan dünya , yalan dünya !
səni fərzanələr atdı
qapıb , divanələr tütdi
kimi aldı , kimi satdı
satan dünya , alan dünya
atı əzl dağa saldıq
yurulduqca dalı qaldıq
atı satdıq , olağ aldıq
yəhər oldi palan dünya
biri ayna , biri pasdır
biri aydın , biri kas dır
gəcə toydur , günüz yasdır
gül açdıqca , solan dünya
ıgıt ərın başın yeyən
qocalar bozbaşın yeyən
qəbirlərin daşın yeyən
özü yenə qalan dünya !
nə qandın , kim gül əkndir ?
kim qılıc tək qan tökəndir ?
temir hələ kürə kən dir
çəngiz canın , alan dünya
yaman qürqü!yığılaydın!
tufanlarda boğulaydın !
nolaydı bir dağılaydın
bizi dərdə salan dənıa
çatlb səndən köçən keçdi
əcl camın , ıçən keçdi
olan oldu , keçn keçdi
nə istərdin olan dünya
buğulaydın , doğan yerdə
doğub xəlqi boğan yerdə
oğul nəşin oğan yerdə
ana zülfün yolan dünya
şəhrıar
یالان دونیا
سنین بهرن یئین كیمدیر؟
كیمینكی سن؟ ییهن كیمدیر؟
سنه دوغرو دئین كیمدیر؟
یالان دونیا، یالان دونیا!
سنی فرزانه لر آتدی
قاپیب، دیوانه لر توتدی
كیمی آلدی، كیمی ساتدی
ساتان دونیا، آلان دونیا
آتی ازل داغا سالدیق
یورولدوقجا دالی قالدیق
آتی ساتدیق، اولاغ آلدیق
یهر اولدی پالان دونیا
بیری آینا ، بیری پاس دیر
بیری آیدین، بیری كاس دیر
گجه توی دور، گونوز یاس دیر
گول آچدیقجا، سولان دونیا
ایگیت ارین باشین یئیهن
گوجالار بوزباشین یئیهن
قبیرلرین داشین یئیهن
اءوزو یئنه قالان دونیا!
نه قاندین، كیم گول اكن دیر؟
كیم قیلیج تك قان توكن دیر؟
تیمور هله كوره كن دیر
چنگیز جانین، آلان دونیا
یامان قورقو! ییغیلایدین!
طوفانلاردا بوغولایدین!
نه اولایدی بیر داغیلایدین
بیزی درده سالان دنیا
چاتیب، سندن كوءچن كچدی
اجل جامین، ایچن كچدی
اولان اولدو، كئچن كئچدی
نه ایستردین اولان دونیا
بوغولایدین، دوغان یئرده
دوغوب خلقی بوغان یئرده
اوغول نعشین اوغان یئرده
آنا زولفون یولان دونیا
شهریار