سه شنبه 14 تیر 1390ده گؤنده ریلیب
بؤلوم | شهریارŞƏHRYAR       یازار :  ARAZ

 

 

Dərya Elədim

Türki bir çeşme isə, mən onu bir dərya ələdim,
Bir soyuq mə'rəkəni məhşəri-Kübra elədim.

Bir işıltıydı Səha ulduzu tək görsənməz,
Göz yaşımla mən onu əgdi-Süyəyya elədim.

Ümidim var ki, bu dərya hələ oqyanus ola,
Ona zamin bu zəminə ki, mühəyya elədim.

İrfana catmasa şe'r və ədəb ibqa olmaz,
Mən də irfana çatıp, şe'rimi ibqa elədim.

Əbədiyyətlə yanaşdım doğula Hafizə tay,
Şirazın Şebçırağın Təbrizə ehda elədim.

Türkinin canın almışdı hayasız tağut,
Mən hayat aldım ona, Haq üçün ehya elədim.

Feyzi-Ruhul-Qüds oldu mədədim Hafiz tək,
Mən də Hafiz kimi ecazı-Məsiha elədim.

Qəmə-qəddarələr ağzında dil olmuşdu söyüş,
Mən sevinc etdim onu, xəncəri-xurma elədim.

İndi göylərdə gözəl səflə səfa ilə gəzir,
Mən cəlablarda üzən ördəyi durna elədim.

Bax ki, Heydərbaba əfsanə tək olmuşdu bir Qaf,
Mən kiçik bir dağı sərmənzili-Anqa elədim.

Burda Rövşənzəmirin də hünərin yad edəlim,
Mən onun da qələmin tutiyi-guya elədim.

Nə tək İranda mənim vəlvələ salmış qələmim,
Bax ki, Türkiyədə, Qafqazda nə qavqa elədim.

Bax ki, Tehranda nə fərzanələr olmuş valeh,
Bax ki, Təbrizdə nə şairləri şeyda elədim.

Həm Səhəndiyə Səhəndin dağın etdi baş uca,
Həm mən öz qardaşımın hakqını ifa elədim

Acı dillərdə şirin Türki olurdu hənzəl,
Mən şirin dillərə qatdım onu həlva elədim.

Hərnə qalmışdı keçənlərdən ona bal pətəyi,
Əridib mumlu balın şəhdi-musaffa elədim.

Türki vallah, analar oxşağı, laylay dilidir,
Dərdimi mən bu dəva ilə müdava elədim.

Şəhriyar, heyf savuqdur bu dəyirman hələ də,
Dartmağa yoxdur dəni, mən də müdara elədim.

Ata shehryar