imanılə getdi
Yığdı xeyrobərəkət süfrəsin ehsanilə getdi
əmnəmanlıxda bağladı imanılə getdi
bəy xan olmazsa deyərdik olacax kəndimiz azad
o xarab kətdə və lakin elə bəyxanilə getdi
selo dayir olalı hər nə dəyirman yəğışıldı
ama xalis təmiz unlarda dəyirmanilə getdi
mustəbid sultani saldıx ki ola xalqımız azad
sonra baxdıx ki azadlıxda o sultanilə getdi
bir (bəli qurban) olub indi bizə min bir(bəli qurban)
amma xəl,ət verən ol bir bəli qurbanil əgetdi
duz müsəlmanə deyərdik qulağı tüklüdi bədbəxt
indi bax gür ki o düzlükdə o müsəlmaniləgetd i
vermə sabir dedi ol dolma fisincani axunda
ağzımızdanda dad ol dolma fisincanilə getd i
dedi insanımız azdır hamı insan gərək olsun
amma insanlığımızda o az insanilə getdi
bu qədər dəftər o əsnadilə bir haqqa çatan yox
hax verənlər pitiyi mirzə qələmdanilə getdi
--------
--------
Istədik qanla yuvax ölkəmizin ləkkəsin amma
Ölkəmiz xalis özi ləkkə olub qanilə getdi
Yorqanı oğru qapanda dedi molla nəsirəddin
Neyləsin çılpağıdı oğruda yorqanilə getdi
Hava insanı boğur başbaşa ,,qazkərbonik,, olmuş
Teldə əsmir eləbil yeldə süleymanilə getdi
Su KƏRƏCdən koloriylə gəli bir paslı dəmirdə
Görəsən ŞAHSUYU tək çişmə nə ünvanilə getdi
türkü olmuş qədəğən divanımızdanda xəbər yox
Şəhriyarın da dili vay diyə divanilə getdi
ATA ŞƏHRYAR
ایمانله گئتدی
یغدی خیر و بركت سفره سین، احسانله گئتدی
امن-امانلیف دا یوكون باغلادی، ایمانله گئتدی
بیگ-خان اولمازسا دئیه ردیك اولاجاق كندیمیز آباد
او خراب كتده ، و لاكن ائله بیگ-خانله گئتدی
(سیلو)دایر اولالی، هر نه دگیرمان ییغیشیلدی
آمما خالص-تمیز اونلاردا،دگیرمانله گئتدی
مستبد سلطانی سالدوق، كی اولا خلقمیز آزاد
سونرا باخدیق كی آزادلیق دا او سلطانیله گئتدی
بیر (بلی قربان!) اولوب ایندی بیزه مین بلی قربان
آمما (خلعت وئرن) اول بیر بلی قربانله گئتدی
دوز مسلمانه دیئیردیك:قولاغی توكلودی بدبخت
ایندی باخ، گور كی او دوزلوك ده ، مسلمانله گئتدی
وئرمه(صابر)دئدی، او دولما-فسنجانی آخوندا
آغزیمیزدان دا داد، اول دولما- فسنجانله گئتدی
دئدی انسانیمز آزدیر، هامی انسان گرك اولسون
آمما انسانلیقمزدا، او آز انسانله گئتدی
بو قدر (دفتر)و (اسناد) له ، بیر حقه چاتان یوخ
حق وئرنلر (پیتیگی) میرزا قلمدانله گئتدی
بیزه بیر دین قالا بیلمیشدی میراث، بیرده بو ایران
دین گئدنده دئدی:" تك گئتمه رم! " ایرانله گئتدی
ایسته دیك قانلا یوواق ئولكه میزین لكه سین، آمما
ئولكه میز خالص ئوزی لكه اولوب قانله گئتدی
یورقانی اوغری قاپاندا، دئدی ملانصرالدین:
نیله سین چیلپاغیدی،اوغری دا یورقانله گئتدی
هاوا انسانی بوغور باش -باشا " گاز كربنیك " اولموش
یئل ده اسمیر، ائله بیر، یئل ده سلیمانله گئتدی
سو، كرج دن " كلور " ایله گلی پاسلی دمیرده
گوره سن " شاه سویی " تك چشمه نه عنوانله گئتدی
تركی اولموش قدغن، دیوانیمیزدان دا خبر یوخ
"شهریارین" دیلی ده وای دئیه، دیوانله گئتدی
آتا شهریار
iman müştərisi
əman allah yenə şeytan gəlib iman apara
qoruyun qoymayın imanızı şeytan apara
mənim insanlığımın görnə hasarı yavadır
ki günüz qul-i biyaban gəlir insan apara
xərəməni saqqıza satdıx nə yaman çərçi di bu
hey gəlir kənədə bizə dərd verə dərəman apara
çörəg almış əlinə ac necə taqət gətisin
elə bir yaz gecəsi qız gəlib oğlan apara
aradan birdə bizi bölsələr ərbablarımız
qurxuram quymuyalar tərəbizi tehran apara
qara tufan ki gəlib xalqıla şüxlüx eləmə z
sel gərək el dağıda ev yıxa eyvan apara
bu qaranlığ gecələrədə qapımız pis döyülür
nə bilim bələkə əcəldir dayanıb can apara
səlqəli oğru tapılmışsa bu başsız yerdə
" ŞƏHRYAR " dan da gərək bir dolu dıvan apara
ایمان موشتری سی
امان آللا ه یئنه شئیطان گه لیب ایمان آپارا
قورویون قویمایین ایمانیزی شئیطان آپارا
مه نیم اینسانلیغیمین گؤر نه حاصاری یاوادیر
كی گونوز غولی بییابان گه لیر اینسان آپارا
خه رمه نی ساققیزا ساتدیخ نه یامان چه رچی دی بو
هئی گه لیر كه نده بیزه ده رد وئره ده رمان آپارا
چؤره گ آلمیش الینه آج نئجه طاقه ت گه تیسین
ائله بیر یاز گئجه سی قیز گه لیب اوغلان آپارا
آرادان بیرده بیزی بؤلسه له ر اربابلاریمیز
قورخورام قویمویالار ته ربیزی تئهران آپارا
قارا طوفان كی گه لیب خالقلا شوخلوخ ائله مه ز
سئل گه ره ك ائل داغیدا ائو ییخا ائیوان آپارا
بو قارانلیغ گئجه له رده قاپیمیز پیس دؤیولور
نه بیلیم به لكه اجه ل دیر دایانیب جان آپارا
سه لقه لی اوغرو تاپیلمیشسا بو باشسیز یئرده
"شه هریار"دان دا گه ره ك بیر دولو دیوان آپارا
حیدر بابا
حیدر بابایا بیر سلام
(١ )
حیدربابا ، ایلدیریملار شاخاندا
سئللر ، سولار ، شاققیلدییوب آخاندا
قیزلار اوْنا صف باغلییوب باخاندا
سلام اولسون شوْكتوْزه ، ائلوْزه !
منیم دا بیر آدیم گلسین دیلوْزه
Heydər babaya bir salam
1 *Heydər Baba, ildırımlar şaxanda,
Sellər, sular şakqıldıyup axanda,
Gızlar ona səf bağlıyup baxanda,
Səlām olsun şovkətüzə elüzə,
Mənim də bir adım gəlsün dilüzə.
hara qaçsın insan ?
cana gəlmişik biz bu canan əlindən
ki nə ins əman tapdı nə can əlindən
müsəlmanə bax din ıman qan ağlır
bu dinsiz ımansız müsəlman əlindən
bu şeytandı biz adəmi göydə tovlar
qaça bilməz adam bu şeytan əlindən
alar əvvl ımanı sondanda canı
nə ıman qalar dibdə nə can əlindən
qarışqa kimi dev nəjadı qımıldır
ki xaatəm çıxıbdir söleyman əlindən
badımcan çüxi bazılarda küçüklər
da tərpəşmək olmaz badımcan əlindən
xoruz tək bizi dənləyib qurtayəbdir
çinə qalmayıb nuçıkdan əlindən
pənah olsa biz xaqə kafər qoy olsun
sixinti düşək küfrə iman əlindən
gedib çöldəki heyvana yalvardıq
ki gəlsin bizi alsın insan əlindən
elə turşadıb İRANın eyranın ki
gözəllər gözi yaşdı IRAN əlindən
salıbdir ələ sankı MUSA əsasın
qaçır əjdəhalər bu səban əlindən
nə səltanlar oluş əlində oıncaq
nə gəlsin oyuncaqlı sultan əlindən
beş üç baş bilən qalırsa oşaq tək
qaçıb gizlənib lər bu xortan əlindən
evim zindanım məmurum öz içimdə
Hara qaçsın insan bu zindan əlindən
Bız insan olaq ya ki heyvan əman yox
nə insan qutarmış nə heyvan əlindən
nə devlər ki qeytanla zəncirləniblər
qənf lər qirilmiş bu qeytan əlindən
salıb xəlqi dərman adılən nə dərdə
kə dərd ağlayır belə dərman əlindən
o bəyxan yazıqlar nə insanımışlar
əbəs ağılayır bilə dərman əlindən
verdik qədim divana ərzə indi
kimə ərzə vermək bu divan əlindən ?
nə tufan ras gəlmişik məgər NUH
gələ qurtara xalqi tufan əlindən
ata şəhryar
هارا قاچسین انسان؟
جانا گلمیشیك بیز بو جانان الیندن
كه نه انس امان تاپدی نه جان الیندن
مسلمانه باخ دین ایمان قان آغلیر
بو دین سیز ایمان سیز مسلمان الیندن
بو شیطاندی بیز آدمی گویده تولار
قاچا بیلمز آدم بو شیطان الیندن
آلار اول ایمانی سوندندا جانی
نه ایمان قالار دیبده نه جان الیندن
قاریشقا كیمی دئو نژادی قیمیلدیر
كه خاتم چیخیب دیر سلیمان الیندن
بادمجان چوخی بازیلاردا كوچوكلر
دا ترپشمك اولماز بادیمجان الیندن
خو روز تك بیزی دنله ییب قورتا یبدیر
چینه قالماییب نو چیكدان الیندن
پناه اولسا بیز خاقه كافر قوی اولسون
سیخینتی دو شه ك كفره ایمان الیندن
گئدیب چٶلده كی حیوانا یالواردیق
كه گلسین بیزی آلسین انسان الیندن
ائله تورشادیب ایرانین عیرانین كه
گٶزللر گٶزی یاشدی ایران الیندن
سالیب دیر اله سانكی موسا عصاسین
قاچیر اژدها لر بو ثعبان الیندن
نه سلطانلار اولوش الینده اوینجاق
نه گلسین اویونجاقلی سلطان الیندن
بئش اوچ باش بیله ن قالیر سا اوشاق تك
قاچیب گیزله نیب لر بوخورتان الیندن
ائویم زندانیم مٲموریم ٲوز ایچیمده
هاراقاچسین انسان بو زندان الیندن
بیزانسان اولاق یا كه حیوان امان یوق
نه انسان قوتارمیش نه حیوان الیندن
نه دئولر كه قیطانلا زنجیر له نیب لر
قنف لر قیریلمیش بو قیطان الیندن
سالیب خلقی درمان آدیلن نه درده
كه درد آغلاییر بیله درمان الیندن
او بیگ خان یازیقلار نه انسانیمیشلار
عبث آغیلاییر بیله درمان الیندن
وئردیك قدیم دیوانا عرضه ایندی
كیمه عرضه وئرمك بو دیوان الیندن؟
نه طوفان راست گلمیشیك بیز مگر نوح
گله قورتارا خلقی طوفان الیندن
آتا شهریار
gözüm aydın
gözüm aydın , görürəm sevgili qardaşlarımı
basmışam bağrıma öz doğma qarındaşlarımı
açmışam qolları xəlqimə üzük həlqəsi tək
salmışam həlqəyə qimətli üzük qaşlarımı
fələyin çərxini sındırmışam əvvəl daşda
ətəyimdə hələ də saxlamışam daşlarımı
açmışam qərnmizin bağlı qalan yollarını
tapmışam yüz sənə qurbətdəki yoldaşlarımı
bu SÜLEYMANdi yanımda , gürəsən mən ınanım ?
gah açıp gah qıyram gözlərimi , qaşlarımı
yiğişin şənlik edək qərnmizin bayramdır
sil gözümdən bu yüz illdən bəri göz yaşlarımı
yüz yaşım olsada , olsun , yox üzümdə qırışım
cavanam , kim nə bilir gizlədirm yaşlarımı
qoçu qurbanlarımı kəsdi vətən oynaşımız
qanımı xeyrat edər kən yedi buzbaşlarımı
ana oynaşımı qeyrət gözü görsə kor olar
mən nə gözlə görə billəm vətən oynaşlarımı
gedəlim QAFQAZ oşaqlarını təclil edə lim
ŞƏHRIARım , dara saqqlarımı , saşlarımı
گوزوم آیدین
گوزوم آیدین، گورورم سوگلی قارداشلاریمی
باسمیشام باغریما ئوز دوغما قارینداشلاریمی
آچمیشام قوللاری خلقیمه اوزوك حلقه سی تك
سالمیشام حلقه یه قیمتلی اوزوك قاشلاریمی
فلكین چرخینی سیندیرمیشام اول داشدا
اته گیمده هله ده ساخلامیشام داشلاریمی
آچمیشام قرنمیزین باغلی قالان یوللارینی
تاپمیشام یوز سنه غربتده كی یولداشلاریمی
بو سلیمان دی یانیمدا، گوره سن من اینانیم؟
گاه آچیپ گاه قییرام گوزلریمی، قاشلاریمی
ییغیشین شنلیك ائده ك قرنمیزین بایرامدیر
سیل گوزیمدن بو یوز ایلدن بری گوز یاشلاریمی
یوز باشیم اولسادا، اولسون، یوخ اوزومده قیریشیم
جوانام، كیم نه بیلیر گیزله دیرم یاشلاریمی
قوچی قربانلاریمی كسدی وطن اویناشیمیز
قانیمی خیرات ائدر كن یدی بوزباشلاریمی
آنا اویناشیمی غیرت گوزی گورسه كور اولور
من نه گوزله گوره بیللم وطن اویناشلاریمی
گئده لیم قافقاز اوشاقلارینی تجلیل ائده لیم
شهریاریم، دارا ساققلاریمی، ساشلاریمی
Getmə tərsa balası
Izn ver toy gecəsi məndə sənə dayə gəlim
əl qatanda sənə moşşatə təmaşatə gəlim
sən bu məhtab gecəsi seyrə çıxan bir sər ol
izn ver məndə dalınca sürünüb sayə gəlim
mənədə baxdın o şəhla gözulə mən qara gün
cur,ətim olmadı bir kəlmə təmənnatə gəlim
mən cəhənnəmdədə baş yasdığa qoysam sənilə
heç ayılmam ki durub cənnəti mə,vayə gəlim
nənə qarnındada sənlə ekiz olseydim əyər
istəməzdim doğulub birdə bu dünyayə gəlim
sən tatıb cənnəti röyadə görəndə gecələr
məndə cənnətdə quş ollam ki o röyayə gəlim
qıtlığ illər yağışı tək quruyub göz yaşımız
kuye eşqində gərək birdə müsəllayə gəlim
səndə səhrayə marallar kimi bir çıx noli ki
məndə bir seydə çıxanlar kimi səhrayə gəlim
allahından sən əyər qorxmuyub olsan tərsa
qorxuram məndə dönüb dine məsihayə gəlim
ŞEYXI SƏN,AN kimi donquz otarıb illərcə
Səni bir görməy üçün mə,bədi tərsayə gəlim
Yox sənəm anlamadım anlamadım haşa mən
Bıraxım məscidimi sənlə klisayə gəlim
Gəl çıxax turetəcəllayə sən ol celveyi tur
Məndə musa kimi o , ture təcəllayə gəlim
Şiridir şəhriyarın şe,ri əlində şəmşir
Kim deyir mən belə bir şirilə də,vayə gəlim
Ata shehryar
اذن وئر توی گئجه سی من ده سنه دایه گلیم
ال قاتاندا سنه مشاطه ، تماشایه گلیم
سن بو مهتاب گئجه سی سئیره چیخان بیر سرو اول
اذن وئر ، من ده دالینجا سورونوب سایه گلیم
منه ده باخدین او شهلا گوزونله ، من قارا گون
جرئتیم اولمادی بیر كلمه تمنایه گلیم
من جهنم ده ده باش یاسدیقا قویسام سنیله
هئچ آییلمام كی دوروب جنت مآوایه گلیم
ننه قارنیندادا سنله آكیز اولسیدیم اگر
ایسته مزدیم دوغولوب بیرده بو دونیایه گلیم
سن یاتیب جنتی رؤیاده گؤرنده گئجه لر
من ده جنتده قوش اوللام ، كی او رؤیایه گلیم
قیتلیغ ایللر یاغشی تك قورویوب گؤز یاشیمیز
كوی عشقینده گرك بیرده مصلایه گلیم
سن ده صحرایه مارال لار كیمی بیر چیخ ، نولی كی
من ده بیر صیده چیخانلار كیمی ، صحرایه گلیم
آللاهیندان سن اگر قورخموییب ، اولسان ترسا
قورخورام من ده دؤنوب دین مسیحایه گلیم
شیخ صنعان كیمی دونقوز اوتاریب ایللرجه
سنی بیر گؤرمك اچون معبد ترسایه گلیم
یوخ صنم! آنلامادیم ، آنلامادیم ، حاشا من
بوراخیم مسجیدیمی ، سنله كلیسایه گلیم!
گل چیخاق طور تجلایه ، سن اول جلوه ی طور
من ده موسی كیمی ، او طوره تجلایه گلیم
شیردیر (( شهریار )) ین شعری ، الینده شمشیر
كیم دئیه ر من بئله بیر شیرله دعوایه گلیم
آتـــا شهریار
dünya nə yalan tapmacadır
ıl keçdi , bahaar oldu , xəbr yox gülümüzdən ,
gül açmadı , qovzanmadı səs bülbülümüzdən .
bayram günümüz , yaslى görüşlərlə keçr kən ,
şadlıq nə omaq biz ayımızdan ilimızdən
təqvim alabilmm ələ , gördüm mənə təqvim ,
« gözdağ» diki ( təqvimi ) də getdى əlımızdən
biz bağçamızi belliyə billik ? daha heyhat !
naymıd əcəlın beldarı vurmuş belimizdən
TƏQVİMİ olardan diki , yaddan çıxabılməz ,
yaddan necə çıxsın , adi düşmür dilimizdən
el içrə , başى birierə gahdan oıyğardى ,
ogetdi , yığıncaq da yiğişdi elimizdən
yoldaş səpə ləndى , elə bil sam yelى əsdى ,
sərsam dəى qalan bizlərə , busam yelimizdən
dünya nə yaman tapmacadır baş çıxaran yox ,
bız baş tapaq ancaq , bu qobul - mənqəlmizdən
TƏQVİMİ kimi düz kişi ? həyhat tapılmaz ,
bir şəm di ki , köçdü bizim məhfilimizdən
üç nazli bala , həmsər ilə qaldıla - başsız ,
yansaqda od əl çəkmiyəcəkdir külümüzdən .
bir KAFİYƏ ondan bacarı yadgar olsun
baş yolmada , bir teldi qalan kakılmızdən
el birdə desin: « sel sarani qapdi qaçırtdi» ,
ağlaşdi buludlarda budaşqın selimizdən
bir məzrə’dir ŞƏHRIARın ömrü , nə hasil ,
sel , qüymürü bir çöp də qala hasılımızdən
دونیا نه یالان تاپماجادیر
ایل كئچدی، باهار اولدو، خبر یوخ گولوموزدن،
گول آچمادی، قووزانمادی سس بولبولوموزدن.
بایرام گونوموز، یاسلى گؤروشلرله كئچر كن،
شادلیق نه اوماق بیز آییمیزدان ایلیمیزدن
تقویم آلابیلمم اله، گؤردوم منه تقویم،
«گؤزداغ» دىكى (تقویمى) ده گئتدى الیمیزدن.
بیز باغچامیزى بئلیه بیللیك؟ داهاهیهات!
نایمید اجلین بئلداری وورموش بئلیمیزدن
(تقویمى) اولاردان دی كى، یاددان چیخابیلمز،
یاددان نئجه چیخسین، آدى دوشمور دیلیمیزدن
ائل ایچره، باشى بیریئره گاهدان اوییغاردى،
اوگئتدی، ییغینجاق دا ییغیشدی ائلیمیزدن
یولداش سپه لندى، ائله بیل سام یئلى اسدى،
سرسام دى قالان بیزلره، بوسام یئلیمیزدن
دنیا نه یامان تاپماجا دیرباش چخاران یوخ،
بیزباش تاپاق آنجاق، بوقوبول- منقلمیزدن.
(تقویمى) كیمى دوز كیشى؟ هیهات تاپیلماز،
بیر شمع دى كى، كؤچدو بیزیم محفیلیمیزدن
اوچ نازلى بالا، همسر ایله قالدیلا- باشسیز،
یانساق دا اود ال چكمیه جكدیر كولوموزدن.
بیر (كافیه) اوندان باجارى یادگار اولسون
باش یولمادا، بیرتئلدی قالان كاكیلمیزدن
ائل بیرده دئسین: «سئل سارانى قاپدى قاچیرتدى»،
آغلاشدى بولودلاردا بوداشقین سئلیمیزدن
بیر مزرعه دیر (شهریار) ین عومرو، نه حاصل،
سئل، قویمورو بیرچؤپ ده قالا حاصیلیمیزدن
döyünmə - söyünmə
bir qərn də qardaş dan uzaxlaşmaq olurmuş ?
qardaş deyə , bir ömr , surağlaşmaq olurmuş ?
birdəndə , bu qardaş la, qucaqlaşmaq olurmuş ?
bunlar belə ki ərz elədimə, gəldi və oldi
mən hər nə məhal fərz elədim , gəldi və oldı
biz ayrılalı qərn ıdı , qardaşlarımızdan
ləşlər kimi ayrı düşəli başlarımızdan
üzmüş əlı qafqazlı qarın daşlarımızdan
gör mən nə hal ollam bu qızıl gülləri tapsam
rüstəm əliof tək gülü bülbülləri tapsam
qardaş güzüm axtarmada qoy bir səni tapsın
eşqim , tilisim dağları fərhad kimi çapsın
düşmən var isə əmcəyını , təndirə yapsın
həsrət qalalı biz sizə , bir qərn yarımdır
ağlar güzümün şahidi , şerim , setarım dir
ata şəhrıar
دؤیونمه - سؤیونمه
بیر قرن ده قارداش دان اوزاخلاشماق اولورموش؟
قارداش دئیه ، بیر عمر ، سوراغلاشماق اولورموش؟
بیردنده ، بو قارداش لا ، قوجاقلاشماق اولورموش؟
بونلار بئله كی عرض ائلدیم ، گلدی و اولدی
من هر نه محال فرض ائله دیم ، گلدی و اولدی
بیز آیریلالی قرن ایدی ، قارداش لاریمیزدان
لش لر كیمی آیری دوشه لی باشلاریمیزدان
اوزموش الی قافقازلی قارین داشلار یمیزدان
گور من نه حال اوللام بو قیزیل گول لری تاپسام
رستم علی اوف تك گول بلبل لری تاپسام
قارداش گوزوم آختارمادا قوی بیر سنی تاپسین
عشقیم ، طیلیسم داغلاری فرهاد كیمی چاپسین
دشمن وار ایسه امجگینی ، تندیره یاپسین
حسرت قالالی بیز سیزه ، بیر قرن یاریمدیر
آغلار گوزوم شاهدی ، شعریم ، سه تاریم دیر
آتا شهریار
Dərya Elədim
Türki bir çeşme isə, mən onu bir dərya ələdim,
Bir soyuq mə'rəkəni məhşəri-Kübra elədim.
Bir işıltıydı Səha ulduzu tək görsənməz,
Göz yaşımla mən onu əgdi-Süyəyya elədim.
Ümidim var ki, bu dərya hələ oqyanus ola,
Ona zamin bu zəminə ki, mühəyya elədim.
İrfana catmasa şe'r və ədəb ibqa olmaz,
Mən də irfana çatıp, şe'rimi ibqa elədim.
Əbədiyyətlə yanaşdım doğula Hafizə tay,
Şirazın Şebçırağın Təbrizə ehda elədim.
Türkinin canın almışdı hayasız tağut,
Mən hayat aldım ona, Haq üçün ehya elədim.
Feyzi-Ruhul-Qüds oldu mədədim Hafiz tək,
Mən də Hafiz kimi ecazı-Məsiha elədim.
Qəmə-qəddarələr ağzında dil olmuşdu söyüş,
Mən sevinc etdim onu, xəncəri-xurma elədim.
İndi göylərdə gözəl səflə səfa ilə gəzir,
Mən cəlablarda üzən ördəyi durna elədim.
Bax ki, Heydərbaba əfsanə tək olmuşdu bir Qaf,
Mən kiçik bir dağı sərmənzili-Anqa elədim.
Burda Rövşənzəmirin də hünərin yad edəlim,
Mən onun da qələmin tutiyi-guya elədim.
Nə tək İranda mənim vəlvələ salmış qələmim,
Bax ki, Türkiyədə, Qafqazda nə qavqa elədim.
Bax ki, Tehranda nə fərzanələr olmuş valeh,
Bax ki, Təbrizdə nə şairləri şeyda elədim.
Həm Səhəndiyə Səhəndin dağın etdi baş uca,
Həm mən öz qardaşımın hakqını ifa elədim
Acı dillərdə şirin Türki olurdu hənzəl,
Mən şirin dillərə qatdım onu həlva elədim.
Hərnə qalmışdı keçənlərdən ona bal pətəyi,
Əridib mumlu balın şəhdi-musaffa elədim.
Türki vallah, analar oxşağı, laylay dilidir,
Dərdimi mən bu dəva ilə müdava elədim.
Şəhriyar, heyf savuqdur bu dəyirman hələ də,
Dartmağa yoxdur dəni, mən də müdara elədim.
Ata shehryar
Bəlalı baş
Yar günümü, göy əsgiyə, tutdu ki dur məni boşa!
Cütçü görübsən öküzə, öküz qoyub bizov qoşa?!
Sən əllini geçib yaşın, mən bir otuz yaşında qız,
Söylə görüm otuz yaşın nə nisbəti əlli yaşa?!
Sən yerə qoydun başıvı, mən başıma nə daş salım?!
Bəlkə mən artıq yaşadım, neyləməli? Dedim: yaşa!
Biz də bəlalı baş nöçün(nə için), yanına süpürgə bağlasın?
Börkü başa qoyan gərək, börkünə də bir yaraşa!
Bir də kəbin kəsilməmiş sən mənə bir söz demədin,
Yoxsa cəhazımda gərək gələydi bir hoqqa maşa!
Dedim qəza gəlib tapıb, bir iş idi olub geçib
Qurbanam ol ala gözə, heyranam o qələm qaşa!
Mən ki özümdə bir günah görmüyürəm, çarə nədir?
Pis bəşərin qaydasıdır, yaxşını tapsa dolaşa!
Dosta mürüvvət etməli, düşmən ilə geçinməli,
İş belə dir, rəva dəyil, bəşər yolun azıb çaşa!
Mən də sənin dayoğlunam, sən də mənim bibimqızı
Könül baxırsa günəşə, göz də gərəkdir qamaşa
İndi bizim maral kimi, üç balamız var dır gərək,
Ata-ana savaşsa da, bunlara xatir barışa
Hər kişiyə əyalı də, öz canı tək hörüklənib
Hədiyə də olmaz eyləsin əyalı qardaş, qardaşa!
Bu dünya bir yol kimi dir, biz axirət musafiri,
Kicavədə, hamaş gərək öz hamaşi ilə yanaşa
Axirəti olanların dünyası ğəmsiz olmuyub**
Sel dir gələr axar geçər, amma gərək aşıb daşa
Məsəl dir yer ki bərk olur, öküz öküzdən inciyir
Hey dartılılır ipin qıra, yoldaşı ilə bir savaşa!
Bizim də rüzigarımız yaman dır, biz də eyb yox,
Bəlkə vəzifə dir bəşər gonşuları ilə qonuşa
Həqq-i həyat yox daha bizlərə, çox böyük başı,
Zindanımız da həqqimiz, bir baca tapsaq tamaşa!
Amma onun şəmatəti, allaha xoş gəlmiyubən,
Getdi manim həyatımı vurdu daşa, çıxdı başa...
(ata Şəhriyar)
بلالی باش شهریار
یار گونومی گؤی اسگییه توتدو كی دور منی بوشا
جوتچو گؤروبسه ن اؤكوزه اؤكوز قویوب بیزوو قوشا ؟
سن اللینی كئچیب یاشین ، من بیر اوتوز یاشیندا قیز
سؤیله گؤروم اوتوز یاشین نه نیسبتی اللی یاشا ؟
سن یئره قویدون باشیوی من باشیما نه داش سالیم ؟
بلكه من آرتیق یاشادیم نئیله مه لی ؟ دئدیم یاشا
بیرده بلالی باش نچون یانینا سوپورگه باغلاسین؟
بؤركو باشا قویان گرك بؤركونه ده بیر یاراشا
بیرده كبین كسیلمه میش سن منه بیر سؤز دئمه دین
یوخسا جهازیمدا گرك گلئیدی بیر حوققا ماشا
دئدیم : قضا گلیب تاپیب ، بیر ایشیدی اولوب كئچیب
قوربانام اول آلا گؤزه ، حئیرانان اول قلم قاشا
منكی اؤزومده بیر گوناه گؤرمه ییرم ، چاره ندیر ؟
پیس بشرین قایداسی دیر ، یاخشی نی گؤرسه دولاشا
دوستا مروت ائتمه لی دوشمه نیله كئچینمه لی
قایدا بودیر ، حئیف دئگیل بشر یولون آشیب چاشا ؟
من ده سنین دای اوغلونام سن ده منیم بی بیم قیزی
گؤنول باخیرسا گونه شه ، گؤزده گرك بیر قاماشا
ایندی بیزیم مارال كیمی ، اوچ بالامیز واردی ، گرك
آتا – آنا ساواشسادا ، بونلارا خاطیر باریشا
هر كیشی یه عیالی دا ، اؤز جانی تك هؤروكلنیب
هدیه ده اولماز ائله سین عیالی قارداش قارداشا
بو دونیا بیر یول كیمی دیر ، بیز آخرت مسافیری
كجاوه ده هاماش گرك اؤز هاماشینان یاناشا
آخیرتی اولانلارین ، دونیاسی غم سیز اولمویوب
سئل دی گله ر آخار كئچر ، آمما گرك آشیب – داشا
مثل دی : « یئر كی برك اولور ، اؤكوز اؤكوزدن اینجییور »
هی دارتیلیر ایپین قیرا ، یولداشیلا بیر ساواشا
بیزیم ده روزیگاریمیز یامان دی ، بیزده عیب یوخ
بلكه وظیفه دیر بشر قونشولاریلان قونوشا
حق حیات یوخ داها بیزلره ، چوخ بؤیوك باشی
زندانیمیزدا حققیمیز ، بیر باجا تاپساق ، تاماشا
آمما اونون شماتتی آللاها خوش گلمیوبن
گئتدی منیم حیاتیمی ووردی داشا چیخدی باشا
آتا شهریار
Behcət ava xatirəsi
Ulduz sayarax gözləmişəm hər gecə yari
Gec gəlmədədir yar yenə olmuş gecə yari
Gözlər asılı yox nə qaraltı nədə bir səs
Batmış qulağım gör nə duşurməkdədi dari
Bir quş “ayığam “söyləyərək gahdan iyildər
Gahdan onuda yel deyə laylay huş apari
Yatmış hamı bir allah oyaxdır daha bir mən
Məndən aşaği kimsə yox ondanda yuxari
Qorxum budi yar gəlməiyə birdən yarıla sübh
Bağrım yarılar sübhüm açılma səni tari
Dan ulduzi istər çıxa göz yalvarı çıxma
O çıxmasada ulduzumun yoxdi çixari
Gəlməz tanıram baxtımı indi ağarar sübh
Qaş boylə ağardıxca daha başda ağari
Eşqin ki qərarında vəfa olmayacağmış
Bilməm ki təbiət niyə qoymuşbu qərari
San ki xoruzun son banı xəncırdi soxuldi
Sinəmdə ürək varsa kəsib qırdi bamari
Rişxəndilə qırcandı səhər soylədi durma
Can qorxusi var eşqin utuzdun bu qumari
Oldum qara gün ayrılalı o sarı teldən
Bunca qara günlərdi edən rəngimi sari
Göz yaşları hər yerdən axarsa məni tuşlar
Dəryayə baxar bəllidi çayların axari
əz bəs məni yaprağ kimi hicranla saraldıb
baxsan üzünə san ki qızıl güldi qızari
mehrab-i şəfəqdə özümi səcdədə gördum
qan içrə qəmim yox üzüm olsa sənə sari
eşqi varıdı ŞƏHRIYARın gülli çiçəkli
əfsus qara yel əsdi xəzan oldi bahari
ŞƏHRIYAR
بهجت آباد خاطره سی
اولدوز سایاراق گوزله میشم هر گئجه یاری
گج گلمه ده دیر یار یئنه اولموش گئجه یاری
گؤزلر آسیلی یوخ نه قارالتی نه ده بیر سس
باتمیش گولاغیم گؤرنه دؤشور مكده دی داری
بیر قوش آییغام! سویلیه رك گاهدان اییلده ر
گاهدان اونودا یئل دئیه لای-لای هوش آپاری
یاتمیش هامی بیر آللاه اویاقدیر داها بیر من
مندن آشاغی كیمسه یوخ اوندان دا یوخاری
قورخوم بودی یار گلمه یه بیردن یاریلا صبح
باغریم یاریلار صبحوم آچیلما سنی تاری!
دان اولدوزی ایسته ر چیخا گؤز یالواری چیخما
او چیخماسادا اولدوزومون یوخدی چیخاری
گلمز تانیرام بختیمی ایندی آغارار صبح
قاش بیله آغاردیقجا داها باش دا آغاری
عشقین كی قراریندا وفا اولمیاجاقمیش
بیلمم كی طبیعت نیه قویموش بو قراری؟
سانكی خوروزون سون بانی خنجردی سوخولدی
سینه مده أورك وارسا كسیب قیردی داماری
ریشخندله قیرجاندی سحر سویله دی: دورما
جان قورخوسی وار عشقین اوتوزدون بو قماری
اولدوم قره گون آیریلالی او ساری تئلدن
بونجا قره گونلردی ایدن رنگیمی ساری
گؤز یاشلاری هر یئردن آخارسا منی توشلار
دریایه باخار بللی دی چایلارین آخاری
از بس منی یاپراق كیمی هیجرانلا سارالدیب
باخسان اوزونه سانكی قیزیل گولدی قیزاری
محراب شفقده ئوزومی سجده ده گؤردوم
قان ایچره غمیم یوخ اوزوم اولسون سنه ساری
عشقی واریدی شهریارین گللی- چیچكلی
افسوس قارا یل اسدی خزان اولدی بهاری
آتا شهریار
Azərbaycan
Ey Iran Qəsrini əliylə tikən,
Iran'dan həmişə bəlalar çəkən,
Bulaq gözlərinə dumanlar çökən,
Pərişan məmləkət, dərtli məmləkət.
Üstünə atəşlər yağan toprağim,
Məhəbbət ocağim, ülfət ocağim,
Ay mənim hamıya bar verən bağim,
Ah çəkmə, bulutlar yanar ahindan.
Tarix az görməyib qudurqanları,
Qanlini qan tutar, qandir onları,
Ey mənim xalqımın qartal vuqarı,
Enmə, öz zirvənin ucalığından.
Nə qədər ki yaşar cahanda günəş,
Nə qədər ki sudan çəkinər atəş,
şərq adli üzüyün gövhər qaşı tək,
Parlasın, Parlasın qoy, AZƏRBAYCAN.
Ata şrhryar
آذربایجان
ائی ایران قصرینی الییله تیكن،
ایراندان همیسه بلالار چكن،
بولاق گؤزلرینه دومانلار چؤكن،
پریشان مملكت، دردلی مملكت.
اوستونه آتشلر یاغان توپراغیم،
محبت اوجاغیم، اولفت اوجاغیم،
آی منیم هامییا بار وئرن باغیم،
آه چكمه، بولوتلار یانار آهیندان.
تاریخ آز گؤرمه ییب قودورقانلاری،
قانلینی قان توتار، قاندیر اونلاری،
ائی منیم خالقیمین قارتال ووقاری،
ائنمه، اؤز زیروه نین اوجالیغیندان.
نه قدر كی یاشار جاهاندا گونش،
نه قدر كی سودان چكینر آتش،
شرق آدلی اوزویون گؤوهر قاشی تك،
پارلاسین، پارلاسین قوی، آذربایجان.
آتا شهریار
Aman Ayrılıq
(Şəhriyar'ın S. Rüstəmə Yazdığı 1-ci Şe'r)
Bu darıxdıran duman ayrılıq,
Başa sovrulan saman ayrılıq.
Aman ayrılıq, aman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq.
Bir gözün açar, bir gözün yumar,
Arazı sərin gördükdə umar,
Hezer'i dərin gördükdə cumar,
Can dəryasına cuman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq.
Arazım vursun baş daşdan daşa,
Göz yaşı gərək başlardan aşa,
Necə yad olsun qardaş qardaşa,
Nə din qanır, nə iman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq.
Göylərin günün, ayın gizlədir,
Ulduz axdırır, sayın gizlədir,
Oxunu atır, yayın gizlədir,
Qəddimi edip kâman ayrılıq.
Aman ayrılıq, aman ayrılıq.
Ayrılıq gələ, bir kərəm qıla,
Bir neçə gün də bizdən ayrıla,
Qəm də bir biz tək sova-savrula,
Hanı bir belə güman ayrılıq.
Aman ayrılıq, aman ayrılıq.
Dedim ayrılıq, gınama məni,
Səni görmüşəm ellər düşməni,
Yüz min kərrə də sınasam səni,
Haman ayrılıq, haman ayrılıq.
Aman ayrılıq, aman ayrılıq.
Amansız gözün yuman ayrılıq,
Can cızlığından uman ayrılıq,
Nə ğəmli yazar roman ayrılıq,
Dillerə salan duman ayrılıq.
Aman ayrılıg, aman ayrılıq.
Sən unudsan da Süleyman məni,
Unudmuyacaq Şəhriyar səni,
Yaz gələr bülbül gapsar çəməni
İndilik sevsin zaman ayrılıq
Aman ayrılıq, aman ayrılıq.
(21 Noyabr-20 Dekabr 1970)
Ata shehryar
آمان آیریلیق
(شهریارین س. روستمه یازدیغی 1-جی شعر)
بو داریخدیران دومان آیریلیق،
باشا سوورولان سامان آیریلیق.
آمان آیریلیق، آمان آیریلیق،
آمان آیریلیق، آمان آیریلیق.
بیر گؤزون آچار، بیر گؤزون یومار،
آرازی سرین گؤردوكده اومار،
هئزئری درین گؤردوكده جومار،
جان دریاسینا جومان آیریلیق،
آمان آیریلیق، آمان آیریلیق.
آرازیم وورسون باش داشدان داشا،
گؤز یاشی گرك باشلاردان آشا،
نئجه یاد اولسون قارداش قارداشا،
نه دین قانیر، نه ایمان آیریلیق،
آمان آیریلیق، آمان آیریلیق.
گؤیلرین گونون، آیین گیزلهدیر،
اولدوز آخدیریر، سایین گیزلهدیر،
اوخونو آتیر، یایین گیزلهدیر،
قددیمی ائدیپ كâمان آیریلیق.
آمان آیریلیق، آمان آیریلیق.
آیریلیق گله، بیر كرم قیلا،
بیر نئچه گون ده بیزدن آیریلا،
قم ده بیر بیز تك سووا-ساورولا،
هانی بیر بئله گومان آیریلیق.
آمان آیریلیق، آمان آیریلیق.
دئدیم آیریلیق، گیناما منی،
سنی گؤرموشم ائللر دوشمنی،
یوز مین كرره ده سیناسام سنی،
هامان آیریلیق، هامان آیریلیق.
آمان آیریلیق، آمان آیریلیق.
آمانسیز گؤزون یومان آیریلیق،
جان جیزلیغیندان اومان آیریلیق،
نه غملی یازار رومان آیریلیق،
دیللئره سالان دومان آیریلیق.
آمان آیریلیگ، آمان آیریلیق.
سن اونودسان دا سولئیمان منی،
اونودمویاجاق شهریار سنی،
یاز گلر بولبول گاپسار چمنی
ایندیلیك سئوسین زامان آیریلیق
آمان آیریلیق، آمان آیریلیق.
(21 نویابر-20 دئكابر 1970)
آتا شئهریار
ağız yِemişi
bir gün ağız qalar büş
bir gün doli dad olar
gün varkı heç zad olmaz
gün varkı hər zad olar
bəxtin dura baxarsan
yadlar qühüm qardaşdı
amma bəxtin yatanda
qohum qardaş yad olar
çalış adın gələndə
rəhmət oxunsun sənə
dünyada səndən qalan
axırda bir ad olar
gördün işin əgildi
durma , əkil , gözdən it
dostun görər darıxar
düşmən görər şad olar
şəhrıar
آغیز یِئمیشی
بیر گون آغیز قالار بوش
بیر گون دُولی داد اُولار
گون واركی هئچ زاد اولماز
گون واركی هر زاد اولار
بختین دورا باخارسان
یادلار قوهوم قارداشدی
آمما بختین یاتاندا
قوهوم قارداش یاد اولار
چالیش آدین گلنده
رحمت اوخونسون سنه
دونیادا سندن قالان
آخیردا بیر آد اولار
گُوردون ایشین اَگیلدی
دورما ،اَكیل،گؤزدَن ایت
دوستون گؤره ر داریخار
دوشمن گؤره ر شاد اولار
شهریار